Modelin ölümü: İlhamə Quliyevanın oğlu da yaxtada olub?

8-06-2018, 20:29           

Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyevanın ölüm işi ilə bağlı yeni-yeni nüanslar ortaya çıxmaqdadır.
Modelin deputat Elmira Axundovanın oğlu Həbib Axundova məxsus yaxta ilə dənizdə gəzintiyə çıxması, suda batması, hadisə vaxtı yaxta sahibinin da orada olması faktını Fövqəladə Hallar Nazirliyi təsdiqlədikdən sonra daha bir detal üzə çıxıb.

Model Günel Mirzəyeva
Azeuronews.com–a verilən məlumata görə, G.Mirzəyeva suya düşərkən yaxtada digər şəxslər də olub. Onların arasında G.Mirzəyevadan başqa 2 xanım, H.Axundovdan başqa 2 oğlan olublar. Xanımların kimliyi müəyyən edilməsə də, oğlanlardan birinin mərhum müğənni İlhamənin oğulluğu Orxan Nadirov və Eynar Səlimxan oğlu olması iddia edilir. Yaxtada olan 6 nəfərdən yalnız Günel Mirzəyeva müəmmalı şəkildə suda bataraq həyatla vidalaşıb. O.Nadirov və Eynar Səlimxan oğlunun H.Axundovun dostları olduğu deyilir. Onların Günel Mirzəyevanın cansız cəsədi sudan çıxarılandan sonra Lənkəranda keçirilən dəfn mərasimində iştirak etdikləri də gələn məlumatlar sırasındadır. G.Mirzəyevanın anası lənkəranlı, atası bakılıdır. Amma nədənsə gənc model Bakıda deyil, Lənkəranda torpağa tapşırılıb.

Orxan Nadirov
► G.Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, criminalaz.com saytının sorğusunu cavablandıran FHN yaxtanın hadisədən sonra H.Axundovun adından çıxarılmasını təsdiqləyib.
Sitat: “26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.

Həbib Axundov yaxtasında


► Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.
Müəmmalı hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub. Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır”.

Modelin ölümü: İlhamə Quliyevanın oğlu da yaxtada olub?
Həbib Axundov
► E.Axundova isə yenicag.az-a açıqlamasında nazirliyin rəsmi şəkildə medianın sorğusuna cavab olaraq verdiyi açıqlamaları təkzib edib: “Oğlum hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub. Bu, sadəcə, bədbəxt hadisədir. Burada nə Həbibin, nə də onun dostunun günahı var. Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb”.

►►► Məsələ ilə bağlı O.Nadirovun mövqeyini dərc etməyə hazırıq…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.