Sabirabad Perinatal Mərkəzdə həkim səhlənkarlığı körpənin həyatına son qoydu

6-08-2018, 00:21           
Sabirabad Perinatal Mərkəzdə həkim səhlənkarlığı körpənin həyatına son qoydu
Sabirabad Regional Perinatal Mərkəzdə doğuş zamanı daha bir körpə ölüb. FAKTAZ.COM un etibarlı mənbədən əldə etdiyi məlumata görə 02. 08. 2018 tarixində axşam radələrində mərkəzə xəstə daxil olub və dərhal əməliyyata alınıb. Doğuşu qəbul edən Perinatal Mərkəzin baş həkimi Rəna xanım olub. Doğuş zamanı xəstəni anisteziya edən həkim isə Mərkəzi Rayon Xəstəxanasının keçmiş baş həkimi Əziz həkim olub. Həkimlərin səhlənkarlığı ucbatından yeni doğulmuş uşağın həyatını xilas edə bilməyiblər. Xəstənin ailə üzvləri isə həkimlərin bu cür səhlənkarlığına və yenicə doğulmuş körpənin ölümünə dözməyib xəstəxananın altını üstünə çeviriblər. FAKTAZ.COM bildirir Kİ, xəstə yaxınları Perinatal Mərkəzin şüşələrini sındırıb dağıdıblar. Sonra Əziz həkimin xahiş minnət yalvarışlarından sonra xəstənin qohumları acı talehlə barışmalı olublar. Bundan istifadə edən Baş həkim Rəna xanım isə bu hadisəni ört – basdır eləmək üçün bütün gücünü səfərbər edib. Xatırlatmaq istəyirik ki, bundan əvvəl də Rəna xanımın iki nəfər gənc xanımın uşaqlıq borusunun çıxarılması ilə əlaqədar rayon prokurorluğunda cinayət işi açılmışdır. Bu barədə ətraflı gələn yazımızda .
Bizi izləyin!
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırılq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.