“Mətbuat cəmiyyətdə güzgü rolunun ifaçısıdır” - DGK-da 5 dəqiqə dayanma rüsumu 1500 AZN

14-08-2018, 00:06           
“Mətbuat cəmiyyətdə güzgü rolunun ifaçısıdır” - DGK-da 5 dəqiqə dayanma rüsumu 1500 AZN
İlk növbədə qeyd edim ki, “Cənab Prezident pulumu alıb mənə qaytarın – vətəndaş etiraz edir” http://bakunews.az/39147-cenab-prezident-pulumu-alib-mene-qaytarin-vetendash-etiraz-edir.htmlsərlövhəli yazı Bakunews.az-da vətəndaşın xahişinə əsasən müraciət tərəfimizdən dərc edilmişdir. Bundan əlavə olaraq qeyd etmək istəyərdim ki, mediada illərdir dərc edilən heç bir yazıya DGK-nın mətbuat xidməti adı altında çıxış edərək reaksiya verən şəxslər olmayıb. İllərdir gömrük orqanlarında baş verən özbaşınalıq və vəhşiliyin ictimailəşməsindən sonra adı çəkilən qurumu müdafiə edəcək şəxslər ortalığa çıxmayıb. Nədənsə rəsmi müraciətin məhz Prezidentə edilməsi dərhal yatmış MX-ni şirin yuxusundan edib.

Elə yazının bu şirin yerində tanınmış şairimiz Mirzə Ələkbər Sabirin Hophopnaməsində gözəl bir şeiri yada düşür “Millət necə tarac olur olsun, nə işim var”. Tanınmış şair gələcəkdə həmyerlilərinin gömrük sistemidə başına gələcək hadisələri sanki öncədən görərək bu şeiri yazdığın düşünməmək olmur.

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsa da batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Müəllif: Mirzə Ələkbər Sabir

İndi sizə sual edirəm, özünü DGK mətbuat xidməti adlandıran şəxs. 170 yük avtomobilinə Faiq Seyidov qanunsuz olaraq STOP verəndə və media bunu yazanda hardaydın? Vüsal Novruzov tənqid ediləndə hardaydın? Bunlarıda keçdim! Kamaləddin Heydərovla gömrük barəsində mediada durmadan gedən tənqidlər qarşı mövqe bildirmək lüzüm olduğu halda hardaydın...? sualın sayını səhərə qədər yazsaq bitmək bilməyəcək. İllərdir mətbuat xidməti olduğu məlum olmayan qurumun mövqeyindən çıxış edənlər peyda olub. Uzun müddətdir Gömrük ilə bağlı yazılarınızın da kimlər tərəfindən mediadan silindiyinin şahidi olmuşuq. Lüzümsüz çıxışlarınızla özünüzü cəmiyyət qarşısında gülünc vəziyyətə salmayın. Sadəcə reallıq nədirsə onunla kifayətlənməyi bacarın.
Bu suallarımıza cavabınız olacağı təqdirdə sizi dinləmək xoş olacaq, inanın!

Sizin verdiyiniz reaksiyadan bir məna çıxır. Bu günə qədər DGK və bölmələri, generalları ilə bağlı yazılan bütün yazılar həqiqəti əks etdirib. Bu gün Prezidentdən yardım istəyən Cəlal Abıyev Hamlet oğlunun müraciəti sadəcə həqiqət deyildi...? Yoxsa reallıq sizin baxış bucağınızda daha fərqli görünməkdədir.

Astara Gömrüyü vətəndaşa 9 aydır yükünü vermir, buna niyə müdaxilə etməmisiniz...? Bu gün redaksiyamıza daha bir şikayət gəlib. Yük avtomobilinin dayanacağa daxil olub çıxması maksimum 5 dəqiqə vaxt alıb. Həmin 5 dəqiqəni gömrük dayanacaq haqqı olaraq 1500 manat qiymətləndirilib. Gömrük idarəsinin mətbuat xidməti çıx bunada bir don geyindir. 1 il olmayan yüklü avtomobilə gözətçilik etmisən - deyə vətəndaş sual edir. Hansı haqqla almısan 1500 azn məbləğində ödənişi cavab ver qoy vətəndaşda bilsin ki nəyə görə kimə ödəyib 1500 manatı.

Sizə daha hansı neqativ fəaliyyətinizi sayaq ki, media bir dəfə olsun haqqlı, məmur isə haqqsız görünə bilsin. Gömrük orqanlarında keçid məntəqələrində insanlara verilən əziyyətlərin görüntüləri hətta satın almağa cəhd etdiyiniz telekanalarda belə yayımlandı nə fayda. DGK sadəcə görüntülərində montaj olduğunu deməklə özünə haqq qazandırmaqdan savayı iş bilmədi.

Birdə xatırladım ki, məhz bizim redaksiyaya məxsus avtomabili qonşu dövlətdən, dollar 78 manat olan zaman 2000 dollar civarında ödəniş edərək Azərbaycana gətirdik. Keçən yazılarımızda qeyd etdiyimiz canlı kalkulyatorunuz bizim rəsmi ödədiyimiz qiymətə önəm vermədən avtomobilin bazar qiymətini 3000 dollar hesablayaraq rəsmiləşdirmək üçün bizdən 3100 dollar rüsum tələb etdi. 72 saat olaraq təyin etdiyiniz rəsmiləşdirmə müddəti bu qanunsuz əməllərinizdən şikayət verib cavab almağa yetmədiyini bir dəfəlik anlamağınız lazımdır. Sizin haqq-ədalət dediyiniz idarəçiliyiniz məhz bundan ibarətdir. Gömrük strukturlarında qanunsuzluq pik həddə çatıb amma buna qarşı tədbir görülmür. Vətəndaşın məktubunu dərc etdikdən sonra Gömrük Komitəsinində Mətbuat Xidəmətinin olması ilə bağlı məlumat belə media nümayəndələrin şok salmağa yetərli olub. Dünənə qədər Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti harda idi?

“Şirinlik” olduqda DGK bütün qanunlar saat kimi işləyir. Vay o insanın haləna ki monopolistlərlə deyil azad olaraq iş görmək istəyə və ya şəxsən gedib alverçi olmadan avtomobil gətirə bax o zaman o insanda yandı onun yeddi cəddidə. Xatırladım ki. Azərbaycan Respublikası Konustitusiya ilə idarə edilən mükəməl qanunlar toplusu olan nümunəvi dövlətdir. Bu dövlətimizin qanunlarına gəlin birlikdə hörmətlə yanaşaq.

P.S. Hörmətli DGK-nin mediaya məlum olmayan mətbuat xidməti. Hərcənd ki, vətəndaşın dərc edilmiş müraciətinə daha doğrusu Prezidentə ünvanladığı müraciətinə qərəzli şər-böhtan ifadələrini işlətməklə münasibət bildirmisiniz. Vətəndaşın ünvanladığı müraciəti araşdırılmadan bu tip çıxışınız vətəndaşın deyil DGK-nin məsələyə qərəzli yanaşmasını sərgiləməkdədir. Xatırladaq ki, vətəndaş məktubunda ondan rüşvət tələb edilib ifadəsini işlətməyib, yaxud da rüşvət vermişəm deyə bildirməyib. Məlumunuz olsun deyə qeyd edirik ki, vətəndaş Cəlal Abıyev Hamlet oğlu qeyd edib ki, 4800 ABŞ dolları müqabilində Gürcüstan respublikasından avtomobil alaraq Azərbaycana gətirmişdir. Amma Avtonəqliyyat Baş Gömrük İdarəsinin canlı "kalkulator" rolunun ifaçıları vətəndaşa avtomobilin aldığı qiymətinin iki qatının rəsmiləşdirilməsi haqqını ödəməli olduğunu qeyd edib. Vətəndaşın şikayəti ondan alınan rüsumun 4800 dollar üçün hesablanmalı olduğu halda ona 8000 dollar qarşılığında rüsum çıxarılmasıdır. Və telefonla "DGK əməkdaşının pulu ödəməmişdən bizə şikayət edərdin" ifadəsidə yanlışdır.

Mövzuya qayıdacağıq

BakuNews.az

Gömrükdə baş verən özbanınalıqlarla bağlı mediada yayılan görüntülər:



Görüntülər Gürcüstan - Azərbaycan sərhədində yerləşən Mazımçay Gömrük məntəqəsində çəkilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, 2 gün gömrükdə gözlədilən və Vüqar adlı səlahiyyətli şəxsin qərəzli münasibətinə etiraz edən Zaqatala rayon sakini 650 kq toxumluq sarımsağı körpüdən Mazımçaya tökür.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.