Bakıda taksi şirkətindən növbəti təxribat: Küçələr erməni adı ilə qeyd edildi - VİDEO
17-08-2018, 08:06
Bakıda fəaliyyət göstərən 9111 və eyni şirkətin xidməti olan 8111 taksi xidmətləri yeni təxribata yol verib.
Open.az xəbər verir ki, bir müddət öncə Qarabağı Arçax adlandıraraq ətraf rayonlarla birlikdə Ermənistan ərazisi kimi göstərən taksi şirkəti yeni təxribatla gündəmə gəlib.
Belə ki, şirkətin naviqasiya sistemində Bakının mərkəzi küçələri erməni adı ilə qeyd edilib. Onların sürücülərə təqdim etdiyi proqramda Bakı şəhərində Erməni, Marşal Babacanyan, Paronyan küçəsi yer alıb.
Əldə etdiyimiz məlumata görə, şirkət buna etiraz edən sürücülərlə müxtəlif bəhanələrlə müqavilələri