"Binə" çörək zavadundan ŞOK FAKTLAR
18-09-2018, 19:40

Qaraçuxur qəsəbəsində yerləşən “Binə” çörək zavodu dövlətə və prezidentə qarşı iqtisadi sabotajla hərəkətə keçib.
Bu barədə bilgələrimiz daha sonra əlavə edir ki, zavod çörəyin çəkisini azaldıb, qiymətini 49 qəpiyə qaldırıb. Onu da nəzərinizə çatdıraq ki, bu barədə Araz Məmmədli adlı feysbuk istifadəçisi məlumat yayıb. Əslində isə heç bir zavod çörəyin çəkisini azaldıb, tarifini qaldırmayıb. Hazırda Bakıxanov çörək zavodu 50 qəpikdir, “Binə” isə 45 qəpik idi. Amma zavod əhalinin gündəlik dolanışığını nəzərə almayıb. Bu gedişlə “Binə” çörəyi 1 qəpik də artaraq 50 qəpiyə çatacaq. Bu da istehlakçıların səbətinə ciddi şəkildə zərbədir. Əvəzində isə zavod qazanır.
Əhalinin sosial vəziyyətini nəzərə almadan, Tarif Şurasının qərarı olmadan, qanunsuz şəkildə çörəyin qiymətini qaldıran “Binə” zavodu nə dövlət orqanlarını sayıb, nə də dövlətin iqtisadi siyasətinə uyğun kurs götürüb. Hökumət ölkədə inflyasiyanın qarşısını almaq, əhalinin narazılığının böyüməməsi üçün layihələr həyata keçirmək istiqamətində addımlar atır. Amma bu cür müəssisələr şəxsi mənfəətini xalqın istəklərindən üstün tutaraq çörəyin qiymətini bahalaşdırır, çəkisini azaldır.
Əslində, qeyd etdiklərimiz “Binə” çörək zavodu ilə bağlı səsləndirilən ilk ittiiham deyil. Belə ki, dosye.org olaraq media üzərindən apardığımız araşdırmalarda maraqlı nəlumatlarla rastlaşdıq. Məsələn, mediada yayılmış məlumata görə, bir müddət əvvəl “Binə” çörək zavodunda istehsal edilən çörəyin içərisindən naməlum əşya tapılib. Belə ki, Bakı sakini A.Həsənova 22.02.2017-ci il tarixdə saat 19.00 radələrində Xəzər rayonu Binə qəsəbəsində marketdən çörək alıb. Evdə çörək doğrandığı vaxt içindən təsbit edə bilmədiyi əşya çıxıb. Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yaşayan Nicat Vəlizadənin aldığı “Binə” çörək zavodunun istehsalı olan çörəyin içindən qurd çıxması haqda da yazı getmişdi. Qurddan başqa çörəyin içərisində uzun iplər də olub. Bunlar hələ ictimailəşən faktlardır.
Adı çəkilən müəssisə ilə bağlı dosye.org olaraq apardığımız araşdırmada rastlaşdığımız dahya bir məlumat zavoda aid avtomobilin ilyarım öncə ölümlə nəticələnən qəza törətməsidi. Belə ki, məlumata görə, sürücülük vəsiqəsi olmayan adam zavodun məhsullarını daşıdığı zaman qəzaya səbəb olub, Qala-Türkan yolundakı dairədə – yanacaqdoldurma məntəqəsinin qarşısında “VAZ-2107” markalı, 10 XF 917 dövlət nömrə nişanlı və Zavoda məxsus “Ford” markalı, 90 HJ 927 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Amma maraqlıdır ki, zavod rəhbərliyi hər hansı məsuliyyətə cəlb olunmamışdı.
Məlumata görə zavodun çörəyini daşıyan şəxslərin əksəriyyəti sürücülük vəsiqəsi olmayanlardır və məktəb yaxınlığında yerləşən zavoddan ildırım sürəti ilə çıxır, qəza riski yaradır, məktəblilərin həyatını təhlükəyə atırlar.
Növbəti təhlükəni isə qiyməti qaldırmaqla yaratdılar…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dosye.org