Hər bayramı öncəsi məhbus ailələri əfv gözləntisində olurlar. Nəzərə alsaq ki, qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü gəlir, əfv sərəncamının imzalanmasına ümidlər artır. Siyasi səbəblərlə həbsdə yatan şəxslərin də taleyi tez-tez mətbuatın gündəmindədir. Cari ilin 24 may tarixində imzalanan əfv sərəncamında bəzi tanınmış siyasi məhbusların azadlığa çıxması gözlənilsə də, bu baş vermədi. Bəs görəsən bu ilin sonunda necə, əfv sərəncamı imzalanacaqmı, məhbuslar yeni ili ailələri ilə birgə keçirməyə ümid edə bilərmi?
Mövzu ilə bağlı Faktxeber.com-a açıqlama verən hüquq müdafiəçisi, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı ilin sonuna hər-hansı əfv sərəncamının imzalanacağını gözləmədiyini bildirdi: “Əgər mən deyən səhv olsa, hədindən artıq şad olaram”