“Xalqımız onun cavabını verdi” - Spiker Mübariz İbrahimovu təhqir edən xanmdan DANIŞDI

18-12-2018, 12:41           
“Xalqımız onun cavabını verdi” - Spiker Mübariz İbrahimovu təhqir edən xanmdan DANIŞDI
“Xalqımız onun cavabını verdi”
Deputat Fəzail İbrahimli Milli Məclisin iclasında Nərmin Şahmarzadə adlı psixoloqun Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsinə münasibət bildirib.

Modern.az saytının xəbərinə görə, deputat qeyd edib ki, həmin psixoloqu danışdıran genetik koddur.

Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzən şəhidlər, qəhrəmanlar təhqir olunur.

“Bu xanım psixoloqun özünün psixiatra ehtiyacı var”-deyə Fəzail İbrahimli qeyd edib.

Deputatın çıxışına Milli Məclisin sədri Oqtay Əsədov da reaksiya verib.
“Mən mətbuatda bütün məsələləri izləmişəm. Xalqımızın buna hiddətini müşahidə etmişəm. Buna görə də, belə cılız məsələləri parlamentin iclasına çıxarmayaq. Bu heç psixoloq da deyil, hələ bilinmir oxuyub psixoloq olacaq ya yox. Onun cavabını xalqımız verdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.