Ali təhsili yoxdur, masaj kursunu bitirib- DİLLƏR UNİVERSİTETİNDƏN İTTİHAMLARA CAVAB
19-12-2018, 21:20
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli Universitetin əməkdaşı Baxşəliyeva Elmira Həsən qızının ittihamları ilə bağlı açıqlama yayıb:
“Azərbaycan Dillər Universitetinin əməkdaşı Baxşəliyeva Elmira Həsən qızının ittihamları ilə bağlı geniş açıqlama vermək fikrində deyildim, ona görə ki, iş məhkəmədədir. Sadəcə dostların narahatlığı, israrlı açıqlama almaq cəhdləri müəyyən məqamlara aydınlıq gətirmək zərurəti yaradır.
İttihamçıya kadrlar şöbəsindən başqa şöbəyə keçmək təklifi edilib. Hətta bu barədə əmr də verilib və o, ADU-nun Həmkarlar Komitəsinə keçirilib.
Bunun da öz səbəbləri var:
I. İş bölgüsündə laborantların şəxsi işləri ilə məşğul olan ittihamçı illər ərzində bu sənədlərin yarıtmaz halda qalmasına səbəb olub, müqavilələrin doldurulmasını və iş şəraitinə uyğunlaşdırılmasını təmin etməyib. Bunu asanlıqla sübut etmək olar – laborantların müqavilə və şəxsi işləri göz önündədir.
II. İttihamçının heç bir ali təhsili yoxdur. O, texnikum belə bitirməyib. Sadəcə nə zamansa masaj kurslarını bitirib. .
III. Özünü iddialı aparmasının nəticəsində 72 ədəd iş müqaviləsini Kadrlar şöbəsindən evinə aparıb, yalnız iki gün sonra gətirib qaytarıb.
IV. Onlarla ADU işçisi ittihamçının özünü aparmasından, ətrafdakılara münasibətindən narazı və şikayətçidir.
V. Laborantların bir neçəsi bir il ərzində üç dəfə ödənişli məzuniyyətə göndərilib.
Hələlik bu qədər.”
Gununsesi.org