“Babam bəzi idiotların yazdıqlarından fərqli olaraq...”
13-09-2019, 13:06
tən ilin söhbətidir. Ceyhun Hacıbəylinin fransız dilində qələmə aldığı bədii və publisistik əsərlərin tərcüməçisi, ədibin mühacirət dövrü yaradıcılığının tədqiqatçılarından Mirzəbala Əmrahovdan Ceyhun bəyin Parisdə yaşayan nəvəsi Jan Klemana məktub yazaraq Hacıbəylilər nəsli haqqında bildikləri barədə bizə yazmasını istədim.
Eyni zamanda imkan taparsa, Jan Klemana AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Ceyhun Hacıbəylinin mühacirət dövründə qələmə aldığı seçilmiş əsərlərindən ibarət kitabın (Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası. Kitablar seriyası. Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri. Bakı, "Elm" nəşriyyatı, 2017, 368 səh. Baş redaktor akademik İsa Həbibbəyli, cildin məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı, tərtib edəni, ön sözün və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli) fevral ayının 7-də keçiriləcək təqdimat mərasiminə dəvətnamə göndərməsini xahiş etdim.
Çox çəkmədi ki, Jan Kleman Hacıbəylidən məktub aldıq. O, hazırda Vyetnamda musiqi məktəbində dərs dediyini qeyd edir və təəssüflə bildirirdi ki, təqdimat mərasimində iştirak edə bilməyəcək.
K. Hacıbəyli yazır:
"AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri" kitabının təqdimat mərasiminin iştirakçılarına, sizə və Abid bəyə təşəkkür edir və təqdimat mərasiminə aşağıdakı sözlərimi çatdırmağınızı xahiş edirəm:
- Hamınıza hörmətli salam və ehtiramlarımı ünvanlayıram. Babamın əsərlərindən ibarət kitabı nəşr etdirdiyiniz üçün sizə böyük təşəkkürümü bildirirəm. Hamımızı düşündürən doğma Qarabağın dialekti və folkloru, xüsusi ilə Azərbaycan tarixi üçün hədsiz əhəmiyyət kəsb edir. Bu yazını oxuyanda 12 yaşım vardı. Babam da hələ sağ idi, indi mənə elə gəlir ki, bu, dünən olmuşdu. Ceyhun bəy Hacıbəyli Azərbaycanın müstəqilliyi uğrunda vuruşmuş, həyatını fəda etmişdir. O, bu respublikanı yaratmış qeyri-adi insanlardan biridir. Biz onları yüksək ehtiramla yad etməyə borcluyuq”.
Jan Kleman Hacıbəylinin öz nəsli barədə qələmə aldıqları da böyük maraq doğurur. O, məktubunda yazır:
"Əziz dostum, verdiyim sözə əməl edərək, ailəmizin həyatına aid əlimdə olan sənədləri sizə göndərirəm, sənədlərin böyük əksəriyyəti Bakıda arxivdədir, məndə bir neçə əlavə sənəd aşkarlanıb, onları da Azərbaycana növbəti səfərimdə həmin arxivə təhvil verəcəyəm”.
K.Hacıbəyli il növbədə nənəsi Zöhrə Hacıqasım - cəfakeş, fədakar, dövrünün ziyalı xanımı haqqında çox az bəhs edildiyini təəssüflə bildirir və yazır: “Atam Timurçin bəy ötən əsrin 70-ci illərində Bakıda olan zaman bəzi araşdırmalar etməyə çalışsa da, bir şey əldə edə bilməyib”.
Jan Kleman Zöhrə xanımın qardaşının "Pravda"dan götürülmüş iki şəkli olduğunu qeyd edir və yazır: “Zəhra Hacıqasım, 30 aprel 1893-cü ildə Qubada anadan olub. Həmdulla bəylə, Kazan mənşəli Volqa tatarlarından olan Aişə xanımın qızıdır. Bakıda rus məktəbində orta təhsil almışdır. Bakı Pedaqoji Məktəbini bitirmişdir. Bir il Sankt-Petrburqda tibbi təhsil almışdır. Zeynalabdin Tağıyevin Müsəlman Qızlar məktəbində 7 il müəllim işləmişdir. 12 noyabr 1912-ci il tarixində babamla - Ceyhun bəylə evlənmiş, ailə həyatı qurmuşdur”.
Jan Kleman Üzeyir Hacıbəylinin qardaşına ünvanlandığı məktublarında dönə-dönə məhəbbətlə adı çəkilən, əzizlənən Ceyhun bəyin Bakıda dünyaya gəlmiş elə Ceyhun adlı oğlu (Paris Hərbi Akademiyasını məzunu) barədə də müəyyən bilgilər verir:
“Əmim Ceyhun bəy Puatye şəhərində 19 iyun 1940-cı ildə günorta saat iki radələrində bomba partlayışı nəticəsində başından aldığı yaradan həlak olmuşdur. Alman təyyarələri şimal tərəfdən hücum edərək, qardaşımın olduğu vağzalı və tunelə qədər dəmir yolunu bombardman etmişdi. Tunelin yaxınlığında atılan sonuncu bomba əmimin həlak olmasına səbəb olmuşdu, o, General Dö Latr dö Tasinyinin 14-cü piyada diviziyasında hərbi zabit məktəbinin kursantı idi. Atam kimi, o da Fransa vətəndaşı idi. Babamla nənəm isə Nansen pasportlarını saxlamışdılar və mühacir hesab olunurdular (Nansen pasportu - 1922-ci ildə Millətlər Liqasının komissarı, Norveç diplomatı Fridyof Nansenin təşəbbüsü ilə tərtib olunmuş və vətənsizləşmiş mühacirlərə verilən şəxsiyyəti təsdiq edən beynəlxalq statuslu sənəd ). Demək olar ki, əmim Azərbaycanda doğulub, Fransa Müqavimət hərəkatının iştirakçısı, Fransa uğrunda canını vermiş ilk əsgər idi, bundan hamı xəbərsizdir. Sizin nəzərinizə yeni bir sənəd - babamın bu dəhşətli 1940-cı ildə baş verənləri qələmə aldığı təqvim-gündəliyi çatdırıram, mən onun üzünü hələ aydın köçürüb qurtarmamışam, çox xırda yazılıb, həddən ziyadə yorucu işdir.
Əmim 1918-ci ilin dekabr ayında Batumidə anadan olub. Bildiyimiz kimi, Parlament Əlimərdan bəy Topubaşovun rəhbərliyi ilə nümayəndə heyətini Parisə 1918-ci il dekabr ayının 28-də göndərmək qərarına gəlmişdi. Deyə bilmərəm, nənəm onu dünyaya gətirəndə artıq Batumidə idi, yoxsa, bu hadisə yolda baş vermişdi. Nümayəndə heyəti İstanbula 1919-cu il yanvarın 20-də gəlib çıxmışdı, onlar Parisə viza almaq üçün xeyli əziyyət çəkməli olmuşdular. Konfrans 1919-cu il yanvar ayının 18-də başlayır, Azərbaycan təmsilçiləri isə vizanı Fransaya yalnız aprelin 22-də ala bildilər. Ardını özünüz yaxşı bilirsiniz. 1920-ci ilin aprelində sovetlər Azərbaycanı işğal edirlər. Babam və nümayəndə heyətinin üzvləri Fransada qalacaq və bir daha Azərbaycana dönməyəcəklər.”
Jan Kleman atası - dünya şöhrətli Sartr və Albert Kamyu ilə də dostluq və əməkdaşlıq edən Timuçin Hacıbəyli barədə qısa məlumat verdikdən sonra Ceyhun Hacıbəylinin fəaliyyətdən bəhs edir:
“Babam 1925-ci ildə Parisə qayıdır. O, 1822-ci ildə yaradılmış nüfuzlu "Journal Asiatique" təsisatında işləyir. Babam şövqlə Şərq xalqlarının tarixi, fəlsəfəsi, dilləri və ədəbiyyatına aid xatirələr toplusu, məqalə və araşdırmalar yazır və onları "Societe Asiatique" (Asiya Cəmiyyəti) tərəfindən nəşr etdirir. Onun tarixi tədqiqat sahəsi 500-cü ildən indiyədək olan dövrü əhatə edir.
Dünyanın hər tərəfini və bütün konfessiyaları təmsil edən filosof, tarixçi, tədqiqatçı, etnoloq, arxeoloq və dilçilərlə əhatə olunmuş babam öz biliklərini daha da zənginləşdirir və Azərbaycanla bağlı bir sıra məqalə və kitablar yazır”.
Jan Kleman məktubunda Ceyhun bəyin qələmə aldığı və Böyük Kitabxanada (Fransa Milli Kitabxanası-M.Ə.) rast gəldiyi əsələrinin adını çəkir:
"XIX əsrin azərbaycanlı tarixçisi Abbasqulu Ağa Bakıxanov" (1925), "Azərbaycan mətbuatının tarixi" (1926), "Qarabağın Dialekti və Folkloru" (1933). K. Hacıbəyli sonra yazır: “Onun din, aşura, orucluq barədə dərc olunmamış yazıları da var. 1920-1940-cı illər arasındakı dövr barədə bildiklərim çox azdır. Ailə Sen-Kluda yaşamışdır. 1921-ci ildə Kaburda məzuniyyətdə olmuşlar. 1925-ci ildə Üzeyir bəyin "Arşın mal alan" operası Parisdə Femina teatrında tamaşaya qoyulmuşdur, tərcüməni babam etmişdi. Bunu özünüz yaxşı bilisiniz, həmin mövzuda Abid Tahirlinin əla bir yazısı olmuşdur.
Bununla yanaşı, babam eyni zamanda, Parisdə, Kai d'Orsedə ( Quai d'Orsay), Xarici İşlər Nazirliyinin tərcümə xidmətində işləyir, o rus mətbuatını tərcümə edir və elə bunun sayəsində qardaşı və anasının ölümündən xəbər tutur. 1920-ci illərdə ailə Parisin qərb ətrafında, Sen-Kluda yaşayır, hər iki qardaş Sen-Kluda dövlət məktəbində oxuyurlar, onlar ayrılmaz təəssürat bağışlayırlar. Əmim dərs əlaçısıdır, piano və gitarada çalır, teatr pyesləri yazır, tennislə məşğul olur. 1938-ci ildə bakalavr imtahanı verib, hüquq fakültəsinə daxil olur. Elə bu vaxt müharibə başlayır. Oğlunun ölümü babamı söndürür, nənəmi dəli olmaq dərəcəsinə gətirib çıxarır, atamın Müqavimət hərəkatına qoşulmasına babam mane olur. Bir şeyi də qeyd edim ki, babam elə Birinci Dünya müharibəsindən almanlara nifrət edirdi.
Bəzi idiotların yazdıqlarından fərqli olaraq o, İkinci Dünya Müharibəsi zamanı, Rəsulzadə, Xasməmmədov və bir çox başqaları kimi, almanlarla "işləmək" zorunda olmuşdur, yəqin ki, biz bir gün bu söhbətə qayıdacağıq. Bu insanların yeganə məqsədi həmvətənlərini xilas etməkdən ibarət olmuşdur.
Dostcasına, Jan Kleman Hacıbəyli”.
Etiraf edim ki, Jan Kleman Hacıbəylinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülməsi məni məmnun etdi, duyğulandırdı. Azərbaycan istiqlal mücahidi, istedadlı yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin (1891-1962) nəvəsi Jan Kleman Hacıbəylinin bu yüksək mükafata layiq görülməsi Xalq Cümhuriyyəti liderlərinə və onların varislərinə böyük ehtiramın ifadəsidir.
11.09.2019.
modern.az