Pənah Hüseyn onu lağa qoyanlara CAVAB VERDİ

23-10-2019, 09:34           
Pənah Hüseyn onu lağa qoyanlara CAVAB VERDİ
“Kim necə dəyərləndirirsə, bu onun öz işidir. Mitinqə sərbəst toplaşmaq hüququnu müdafiə etmək üçün qatılmışdım”.

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pəhan Hüseyn deyib. O qeyd edib ki, insanların fikrinə hörmətlə yanaşır:

“Mitinqə qatılmağımla bağlı fərqli fikirlər səsləndirildi. Hətta bunu reklam üçün etdiyimi qeyd edənlər olub. Düzünü desəm, həmin fikirləri özüm oxumamışam. Şərh bildirməyə ehtiyac da duymuram. Yaxşı olar ki, öz fikirlərini ədəb-ərkan daxilində ifadə etsinlər”.

Pənah Hüseyn vurğulayıb ki, mitinqə qatılmaq səbəbi tamam fərqli olub:

“Bu mitinq Azərbaycanda sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz xarakteri daşıyırdı. Məni Opera və Balet Teatrının qarşısında saxlamışdılar. Sonradan azadlığa buraxıldım”.

Qeyd edək ki, oktyabrın 19-da mitinqdə Pənah Hüseyn də iştirak edib. Amma sosial şəbəkələrdə onun mitinqə çıxması birmənalı qarşılanmayıb. Bəziləri P. Hüseynin özünü tanıtmaq, mübarizə adı ilə yenidən gündəmə gəlmək istədiyini, buna görə meydana çıxdığını iddia edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.