"Prezident bu sərəncamlarla cəmiyyəti əmin edir ki, onun sözü imzası qədər mötəbərdir" - deputat

24-10-2019, 09:01           
"Prezident bu sərəncamlarla cəmiyyəti əmin edir ki, onun sözü imzası qədər mötəbərdir" - deputat
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, prezident İlham Əliyev tərəfindən imzalanan son sərəncamları və kadr islahatlarını Moderator.az-a şərh edib:

BAXCP sədri əməkdaşımızın "son kadr dəyişiklikləri və KİV-də razılaşdırılmamış mitinq cəhdinin işıqlandırılması barədə nə deyərdiniz" sualına aşağıdakı cavabı verib

"Xalqımız bu dəyişiklikləri çoxdan gözləyirdi. Çünki ümidlər, xalqımızın xoşbəxt gələcəyi yeni kadrlarla başladılmış islahatların genişləndirilməsinədir. Qarabağın azadlığı da bu islahatlardan keçir. Yeni kadrlar təkcə Prezident qarşısında deyil, bütün xalqımız qarşısında necə böyük məsuliyyət daşıdıqlarının fərqində olmalıdırlar. Tam səmimi deyirəm ki, onların fəaliyyətindən ölkəmizin gələcəyi çox asılıdır. Onlar keçid dövrünün səlahiyyətliləri olduqlarından adlarını xalqımızın tarixinə qızıl hərflərlə yaza bilərlər. Onlar özlərinə bir çox məsələlərdə yox deməyi bacarmalıdırlar. Xalqımız onlardan təşəbbüskarlıq və fədakarlıq gözləyir. Uğursuzluq ölkəmizi ciddi böhrana sürükləyə bilər.
​ ​
Dövlətimizin gələcəyini düşünən vətənpərvər jurnalistlərə təxribatçıların ifşa olunması istiqamətində göstərdikləri fədəkarlığa görə təşəkkür etməklə yanaşı, sifarişli, bəzi xarici və iqtidarlı - müxalifətli daxili mafioz qüvvələr tərəfindən təşkil olunmuş təxribatın onun təşkilatçılarına yaxın jurnalistlər tərəfindən işıqlandırılmasının təhlili göstərir ki, təxribatda əsas hədəf ölkəmiz olmaqla Prezident seçilmişdir. Amma təkcə o yox, həmçinin ölkənin təhlükəsizliyinə cavabdeh olan, təzə təyin olunmuş Daxili İşlər Naziri və Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi. O cümlədən, iqtidarın siyasətini ​ dəstəkləyən bəzi ​ kütləvi informasiya vasitələrinə mənbəyi bəlli olmayan informasiyalar ötürməklə onların nüfuzuna ciddi zərbə vurmaq, ölkənin imicini korlamaq, onun tərəfdaşları ilə münasibətlərinə xələl gətirmək ​ kimi fəaliyyət öncədən planlaşdırılmışdır. Bu təxribat həm də diqqətin Qarabağ problemindən yayındırılmasına hesablanmışdır. Amma kimin nə yazmasından, deməsindən asılı olmayaraq son dəyişikliklər göstərir ki, heç kim nə bu gün, nə də gələcəkdə bu cür təxribatlarla Prezidenti qorxuda bilməz. Prezident islahatları davam etdirir və cəmiyyəti əmin edir ki, bəyan etdiyi kimi onun sözü imzası qədər mötəbərdir. Hazırkı tarixi dönəmdə xalqımızın təxruibatçıları şiddətlə ​ qınamasına və Prezidenti isə ​ daha ciddi dəstəkləməsinə böyük ehtiyac yaranmışdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.