Roqday Qarayev: "Təkcə ermənilərlə deyil, dünyayla vuruşuruq"-Vətəni sevmək və ölümə hazır olmaq!
25-12-2019, 10:06
Roqday Qarayev: "Təkcə ermənilərlə deyil, dünyayla vuruşuruq"-Vətəni sevmək və ölümə hazır olmaq!
Roqday Qarayev:
Tarix: 24.12.2019 23:43
Baxış sayı: 372
Facebook Twitter Google+ LinkedIn Tumblr Email
"Bu gün ordumuzda yeniliklərdən danışmamaq olmur. Çünki, bizim gördüyümüz gündən qat-qat yüksək səviyyəyə çatıb. İndi müdafiəmiz keçmişlə müqayisədə çox üstünlük əldə edib. Ölkəni müdafiə edən ordudur, amma müharibə edən xalqdır. Hazırda bizim ordumuz bizi müdafiə edir. Hücuma keçməyə gəldikdə isə, daim biz buna hazırıq və mən inanıram ki, irəli getməyə yetərincə gücümüz var."
Bu sözləri Miq.az-a açıqlamasında Qarabağ savaşı zamanı OMON-nun kəşfiyyat rotasının komandiri olmuş Roqday Qarayev bildirib.
Kəşfiyyatçı döyüşçü həmçinin Qarabağ döyüşlərinin ilk illəri ilə müasir ordunun fərqini izah edib: "Qarabağ döyüşlərinin ilk illəri tamamilə fərqlidir. O zamanlar bizim ən birinci problemimiz mərkəzləşdirilmiş komandanin olmaması idi. Mən həmişə deyirəm, ordumuz indi tam olaraq komandadır. İndi irəli getmək zamanıdır. Əlbəttə ki, bu yolda qurbanlar verəcəyik, amma bu müqəddəs amal uğrunda olacaq. Aprel döyüşlərində 98 nəfər şəhidimizin olması çox təsirlidir. Bu nəticənin özü də onu aşkarlayır ki, həqiqətən bu gün sistemli mərkəz vardır”.
Düşmən tərəfi necə qiymətləndirirsiz sualını isə komandir belə cavablandırıb: "Ermənilər bizim üçün güclü rəqib deyil. Düzdür, qarşı tərəfə tam gücsüzdü də deyə bilmərik. Lakin unutmamalıyıq ki, biz təkcə ermənilərlə deyil, bütün dünya ilə vuruşuruq. Tarixə nəzər salanda ilk müharibələrdən də görünür ki, Azərbaycan əsgəri təkcı onlarla deyil, hər kəs ilə döyüşüb. Bu faktdır. Demək olar ki, güclü dövlətlərin bir çoxu onlara dəstək olub. İndi bizim müstəqil siyasətimiz onu göstərir ki, biz vuruşsaq, geri çəkilməyəcəyik. Həm də tək ermənilərlə yox, bu torpağa erməni adı altında hücum edən hər kəslə qarşılaşacağıq”.
Sonda isə müharibəyə tam hazırlıq təcrübəsini vurğulayan Roqday Qarayev gənclərə də öz tövsiyyəsini bildirib: "Bizə proffesional, yüksək səviyyədə hazırlanmış bir korpus lazımdır. Aprel müharibəsi bunu sübut etdi ki, 18 yaşlı cavanları ön cəbhəyə göndərə bilmərik. Bizə döyüşə getmək üçün ən azı 4-5 min nəfərlik təcrübəli korpus lazımdır. Fikrimcə onların arasında cavan uşaqlar və döyüş görmüş mütəxəssislər birlikdə olmalıdır. Bu gün korpus komandiri ilə söhbət etdim. Həmçinin korpus komandiri də mənim sözlərimi təsdiqləyir ki, biz hazırıq, lakin daha yaxşı hazır olmalıyıq. Mən 24 yaşlı oğluma nə tövsiyə edirəmsə, bütün gənclərə də eynisini məsləhət bilirəm. İlk növbədə vətəni sevmək və sonra sevdiyin amal uğrunda ölümə hazır olmalısan!”