Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”

Bu gün, 00:04           
Hüquqşünasdan sensasion açıqlama: -
“İnsan beyni tənbəldir, o işləmək istəmir. Gənclərin də əksəriyyəti belədir. Onlar istəyir ki, bu gün əldə edim, alım, yaşayım, sabah onsuz da olacaq. İndiki gəncləri geriyə tərbiyələndirmək mümkün deyil. Bunlar həmişə fikirləşəcək ki, mən həyatda daha çox şeyə layiqəm və nəsə çatmırsa, gedib kredit götürməliyəm”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, insanların əksəriyyəti tənbəldir, yalnız bu günlə yaşayır və işləmək istəmir:

“Sosial maarifləndirməyə təbii ki, ehtiyac var. Amma bu problemin çox cüzi hissəsini həll edəcək. Harada ki, kredit verilir, orada krediti alanların sayı çox olacaq. Xüsusən də indiki dövrdə insanların əksəriyyətinin şüuru aşağı səviyyədədir. Bu istər Azərbaycanda, istərsə də dünyada belədir.

İnsanların əksəriyyəti tənbəldir, yalnız bu günlə yaşayır və işləmək istəmir. Amma bir məsəl var: pulsuz pendir yalnız tələdə olur. Təəssüf ki, insan beyni həmişə asan yol axtarır. Gözləmək, üzərində işləmək insan beyninə xas deyil. İnsan beyni tənbəldir, o işləmək istəmir. Gənclərin də əksəriyyəti belədir. Onlar istəyir ki, bu gün əldə edim, alım, yaşayım, sabah onsuz da olacaq. İndiki gəncləri geriyə tərbiyələndirmək mümkün deyil. Bunlar həmişə fikirləşəcək ki, mən həyatda daha çox şeyə layiqəm və nəsə çatmırsa, gedib kredit götürməliyəm”.

Hüquqşünas qeyd edib ki, bu problemi aradan qaldırmaq üçün ilk öncə istehlak kreditlərini məhdudlaşdırmaq lazımdır:

“Gəlin etiraf edək ki, ölkəmizi yaxın on illiklərdə çox ağır iqtisadi vəziyyət gözləyir. Bundan sonra doğulan uşaqlar isə bir az başqa cür olacaq. Onlar susuzluğun, qaz və işığın olmamağının nə olduğunu görəcəklər. Biz bunu 90-cı illərdə görmüşük. Həmin dövr yenə gələcək. Gənclərin kredit asılılığını aradan qaldırmaq üçün, ilk öncə istehlak kreditlərini məhdudlaşdırmaq lazımdır. Mərkəzi Bank son 2-3 il ərzində istehlak kreditlərinin şərtlərini ağırlaşdırır. Banklar üçün ən asan yox istehlak kreditlərini verməkdir. Bu baxımdan gəncləri maarifləndirməklə yanaşı, daha praktik tədbirlər də görmək lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru