"mən öz əllərimlə infeksiyanın qarşısını aldım" - Araz Ağalarov

4-08-2020, 10:47           
"mən öz əllərimlə infeksiyanın qarşısını aldım" - Araz Ağalarov
“Krokus Qrup” işçilərinin yaşadığı yataqxanada koronavirusun yayılması Moskva bölgəsində tikinti dayandırıldıqdan sonra 2020-ci ilin aprel-may aylarında başladı.

Axar.az xəbər verir ki, bunu “Krokus Qrup” şirkətinin prezidenti Araz Ağalarov bildirib.

"Artıq bu barədə danışa bilərəm. Mənim 8500 işçim var və koronavirus infeksiyası onların yaşadığı yataqxanalarda yayılmağa başladı”, - Ağalarov deyib.

O, işçilərə “Arbidol” preparatının və askorbin turşusunun verildiyini, eləcə də temperaturları 37,1 dərəcəyə qalxdıqda antibiotik qəbul etdiklərini qeyd edib.

Ağalarov xəstə olmayan işçilərə gəzintilərə getmələrini tövsiyə etdiklərini də qeyd edib:

“Biz izah etdik ki, yataqxanada oturanda problemlər başlayacaq. Mütəq gəzmək lazımdır. Və bu, nəticə verdi. Beləliklə, demək olar ki, mən öz əllərimlə infeksiyanın qarşısını aldım".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru