Xəzər dənizinin suyu şirinləşdirilsə, insanlar radiasiyaya məruz QALACAQ- Mütəxəssisdən ŞOK AÇIQLAMA
4-08-2020, 10:54

Hazırda Azərbaycanın qarşılaşdığı su problemi - içməli və suvarma suyunun çatışmazlığı ölkə üzrə müşahidə olunur.
Dünya ölkələrinin əksəri dəniz suyunun şirinləşdirilməsindən istifadə etməklə bu məsələdən artıq çıxış yolu tapıb. Məsələn, İsrail bütün dünyada dəniz suyunun şirinləşdirilməsi üzrə liderdir. Son illər ölkədə 5 şirinləşdirici zavod tikilib.
Nəticədə hazırda İsrail içməli suyun 3-də birini şirinləşdirici zavodlardan alır. Güman edilir ki, qarşıdakı 30 ildə isməli suya olan tələbatın 70%-i məhz bu zavodların hesabına ödəniləcək.
Azərbaycanda isə Xəzər dənizinin suyunun şirinləşdirilərək içməli su kimi əhaliyə verilməsi üçün 2010- cu ildə pilot layihələr həyata keçirilib.
Hazırda sözügedən məsələ yenə gündəmdədir. Maraqlıdır, içməli suya olan təlabatı ödəmək üçün dəniz resursundan istifadə etmək, təbii balansı poza bilərmi? Dənizin canlı aləminə bu dəyişiliklik nə cür təsir edəcək?
Bununla bağlı Sonxeber.az-a ekoloq Telman Zeynalov danışıb.
"Bu addım çox mənfi təsir göstərəcək. Mən şəxsən Xəzər dənizinin suyunun şirinləşdirilməsinin əleyhinəyəm. Çünki bu prosesdə, yəni suyu duzlardan xilas edərək şirinləşdirmək üçün istər- istəməz atom reaktoru işləyəcək. Atom reaktorundan istifadə edərkən isə dənizə radiasiya yayılacaq. Bununla da balıqlar xəstələnərək məhv olub gedəcək. Beləliklə insanlar da həmin dəniz məhsullarından qidalanaraq radiasiyaya məruz qalacaqlar.
Azərbaycanın nə qədər su ehtiyatı var. Nə üçün gedib dənizin suyundan istifadə etmək istəyirlər? Sudan istifadə edən zavodlar var, Belə zavodlar sudan istifadə edib sonra çirkli suyu dənizə axıdırlar. Bu tip müəssissələrə təmizləyici qurğu qoysunlar.
Dağlarda və torpaqda əmələ gələn suların hamısı yeraltı çaylarla, dənizə axıdılır. Bu sulardan istifadə edilsə yaxşı olar".