"Zakir Həsənov arada hospitala gedib orada müalicə olunsun” - Aqil Abbas

2-04-2021, 12:00           
"Zakir Həsənov arada hospitala gedib orada müalicə olunsun” - Aqil Abbas
Deputat Aqil Abbas Müdafiə Nazirliyinin Hərbi Hospitalının fəaliyyətini tənqid edib.

Unikal.org-un məlumatına görə, A. Abbas deyib ki, tez-tez mətbuatda qazilərin şikayətlərini eşidir: “Həmin qazilər hərbi hospitala rayonlardan gəlirlər. Avtobus da işləmir, məcbur taksiylə gəlirlər. Hospitalda bir dənə resept yazırlar və deyirlər ki, dərmanları özünüz alın.

5 aydır müharibə bitib. Bəzilərinə hələ də əlillik verilməyib. Hansı pulla alsınlar?! Hərbi hospitalın da fəaliyyəti qənaətbəxş deyil. Bir az müalicə edən kimi deyirlər gedin evə.

Halbuki Daxili İşlər Nazirlyinin Hospitalında bu cür məsələlər yaxşıdır. Müdafiə Nazirliyi ən çox vəsait ayrılan təşkilatdır. Üstəgəl, ora vətəndaşlar tərəfindən ianələr də olur. Niyə Müdafiə Nazirliyinin hospitalı qazilərlə ciddi məşğul olmur? O boyda hospital tikilib.

Niyə bu cür hospitalda müalicə əvəzinə qazilərimizi xaricə göndərirlər? Deməli, orada həkim korpusunu gücləndirmək lazımdır. Müdafiə nazirindən xahiş edirəm ki, arada hospitala gedib orada müalicə olunsun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru