“Azərbaycanın geri çəkiləcəyini düşünmürəm və Bakını buna məcbur edəcək qüvvəni tanımıram” – İskəndəryan

13-07-2021, 16:31           
“Azərbaycanın geri çəkiləcəyini düşünmürəm və Bakını buna məcbur edəcək qüvvəni tanımıram” – İskəndəryan
“Azərbaycanlıların ciddi şəkildə geri çəkiləcəyini düşünmürəm və onları buna məcbur edə biləcək qüvvələri tanımıram”.

Busaat.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan səsləndirib. Politoloqun fikrincə Putin ilk növbədə Ermənistan və Azərbaycan sərhədindəki sabitlikdən danışıb:

“Putinə kommunikasiyaların blokadadan çıxarılması və güclü bir müharibənin olmaması, həmçinin sərhədlərin sabitliyi lazımdır. Danışıqlar hələ davam edir. Son nəticədə isə Ermənistan sərhədlərinin təhlükəsizliyi Rusiyanın nəzarətinə keçəcək. Belə vəziyyət hər iki tərəfin maraqlarına xidmət edir”.

İskəndəryanın fikrincə Ermənistan və Rusiyanın maraqlarının üst-üstə düşmədiyi məqamlar da mövcuddur: “Ruslar üçün müəyyən kilometr əraziyə kimin sahib olacağı maraqlı deyil. Yəni Ruslar, istər Ermənistanı, istər Qarabağı, istərsə də Qara Gölü kimin idarə etməsi ilə maraqlanmırlar. Onlar həyata keçiriləcək müəyyən bir xətt boyunca sabitlikdə maraqlıdırlar”.

Erməni politoloq qeyd edib ki, əgər Ermənistanın sərhədlərin müəyyənləşdirilməsi prosesini öz xeyirinə həll etməsi üçün təzyiq imkanları olsaydı, bu yaxşı nəticə verərdi. Ancaq hər şey əksinədir. Yəni Azərbaycanın belə təzyiq imkanları mövcuddur, Ermənistanın isə yox.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.