“İndi Zərdab şəhər bələdiyyəsi Sicilyanı ayrıca dövlət kimi tanısa...” - Deputatdan ETİRAZ

16-07-2021, 10:00           
“İndi Zərdab şəhər bələdiyyəsi Sicilyanı ayrıca dövlət kimi tanısa...” - Deputatdan ETİRAZ
İtalyanın Reggio Calabria əyalətində yerləşən Brankaleone Şəhər Şurası Qarabağ Respublikasını rəsmən tanıyan bir layihəni yekdilliklə qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa bu qərara reaksiya verib: “Bu axmaqların deyəsən Azərbaycanın ərazi bütövlüyü barədə ümumiyyətlə təsəvvürləri yoxdur. İndi bizim Zərdab şəhər bələdiyyəsi götürüb Sicilyanı ayrıca dövlət kimi tanısa, ağlı başında olan italyanların gülməkdən halları qarışmazmı?

Təsəvvür edin ki, hansısa axmaq italyalı əyalət deputatlarının bu qərarına bütün ermənilər necə təsəlli tapırlar. Qaşıq aşdan irəli düşüb, gözləyərdilər Ermənistan özü belə bir ağılsız qərar qəbul etsin, sonra davamını bunlar gətirsinlər. Ölkə prezidenti demişkən, statusunuz cəhənnəmə getdi, o kağızlarınızı da cəhənnəmə göndərin ki, ermənilər istifadə etsinlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.