Narkotik sərhəddən keçirsə, Sərhəd Xidməti hara baxır? – Partiya sədrindən sensasion iddia

16-07-2021, 19:55           
Narkotik sərhəddən keçirsə, Sərhəd Xidməti hara baxır? –
Azərbaycanda narkotik səlahiyyətli dövlət qurumlarının və ayrı-ayrı vəzifəli şəxslərin nəzarəti ilə yayılır.
Faktinfo.az xəbər verir ki, bu sensasion iddia ilə Ümid Partiyasının sədri İqbal Ağazadə Reaksiya TV-nin efirində çıxış edib:

"“Patı” Azərbaycanda illərdir yayılıb. Polis orqanları, DTX, xüsusi xidmət orqanlarının digər bölmələri bunu görmürlərmi? Sərhəddən keçirsə, Sərhəd Xidməti hara baxır? Bunu niyə, necə keçirirlər? Deyilənə görə, ölkədə gündə 3 kilo “patı” hazırlanır. Elə kəndlər var ki, kütləvi şəkildə yayılıb. Ata-oğul yanaşı narkotikdən istifadə edir. Guya bilmirlərmi bu kimin əli ilə yayılır?

Azərbaycanda bunun arxasında dayanan xüsusi qüvvələr var. Bunlar hakimiyyətin bilavasitə içində olan qüvvələrdir, səlahiyyətli dövlət adamlarıdır. Niyə şəhərin mərkəzindəki apteklərdə “patı” satılır? Bunlar kimin aptekləridir? Və ya maşınlarda açıq şəkildə satış edirlər. Hər yerdə də kameralar var. Görmürlərmi harada, hansı maşında satılır? Əvvəllər “Papanin”in adı var idi. Hamı bilirdi ki, orada bundan istifadə edirlər. Amma indi Bakının hər yeri “Papanin” olub. Hər biri bunu görür, sadəcə pul qazanırlar. Azərbaycanda plantasiyalar var. Bəs kimlərin nəzarətindədir?”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru