“Azərbaycanda ədalətsiz faizlərlə bankirlərin əlində milyardlar cəmləşib”

16-07-2021, 20:39           
“Azərbaycanda ədalətsiz faizlərlə bankirlərin əlində milyardlar cəmləşib”
“Azərbaycanda olan bir çox banklar monopoliya prinsipi ilə fəaliyyət göstərirlər”.
Bu sözləri Bizimyol.info saytına iqtisadçı-ekspert Nemət Əliyev deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan bankları özlərinin ədalətsiz faizləri ilə külli miqdarda vəsait toplayıblar.

“Və nəticədə bankirlərin əlində milyardlar cəmləşib. Lakin bu vəsait heç də iqtisadiyyatın inkişafına yönəldilmir”, - deyə iqtisadçı bildirib.

O qeyd edib ki, Azərbaycanın maliyyə sektoru xarici investorlar üçün çox cəlbedicidir.

“Xüsusilə, avropalı investorların Azərbaycanın maliyyə sektoruna maraq göstərəcəyini düşünürəm. Lakin inanmıram ki, yerli monopoliyalar buna imkan versinlər. Çünki Azərbaycanda bank faizləri 35-40 arasında dəyişir və bu da rəqabətin olmamasından xəbər verir”, - deyə iqtisadçı-ekspert vurğulayıb.

Nemət Əliyevin fikrincə, Azərbaycanın bank sektorunda ciddi islahatlara ehtiyac var. “Bir qrup bankir Azərbaycanın maliyyə bazarına nəzarət edir. Bu sektorda çox böyük pullar dövr edir. Lakin əhalinin rifahına heç bir faydası yoxdur. Ona görə də, bu sahədə ciddi islahatlar görmək, bankların monopoliyasına son qoymaq lazımdır”, - deyə ekspet qeyd edib.

O əlavə edib ki, Avropanın maliyyə investorlarının Azərbaycana gəlişi çox münbir rəqabət mühiti yarada bilərdi.

“Bunun üçün isə ilk növbədə hökumət özünün iqtisadi siyasətinə yenidən baxmalıdır, maliyyə sektorunda azad rəqabətin yaranmasına çalışmalıdır”, - deyə Nemət Əliyev söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.