“Müharibə hələ başa çatmayıb” - Eks-nazirimiz belə deyir...

3-11-2021, 17:35           
 “Müharibə hələ başa çatmayıb” -
“Qarabağ müharibəsinin "birinci" və "ikinciyə" bölünməsi məncə də yanlışdır!”.

Modern.az-ın məlumatına görə, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələyə münasibət bildirərkən deyib.

Eks-nazirin sözlərinə görə, 1994-2020-ci illərdə atəşkəs razılaşması mövcud olsa da, o dövrdə müharibə dayanmadı:

“Həmin dönəmdə Ermənistan Respublikası silahlı qüvvələrinin çoxsaylı təxribatları nəticəsində minlərlə şəhid verdik.

Bu gün də müharibə vəziyyəti başa çatmayıb, çünki Ermənistan Respublikası ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanımaqdan imtina edir.

Sülh müqaviləsi imzalanana qədər biz müharibəyə davam edirik!

Yenə də atəşkəs razılaşması qüvvədədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru