Ermənilər özlərinə ayrıca “Bibliya” kitabı da icad ediblər...
4-11-2021, 10:45

Faiq Ələkbərli: “Ermənilər, hər zaman olduğu kimi, dünyanı özlərinə güldürməyi bacarır…”
Ermənilər özlərinə “Erməni bibliyasi” düzəldiblər. Halbuki, bütün xristianlar eyni Biliyadan istifadə edir, amma ermənilər bütün xristianların istifadə etdiyi, etiqad etdiyi Bibliyani inkar edir və yeni “bibliya” ortaya qoyur.
Məlumdur ki, bütün xalqlar, millətlər, fərqli qütblər dini etiqadlarına görə bu kitabları qəbul edirlər. Misal üçün, xristian ərəblə xristian serb Bibliyanı oxuyur, yaxud dağ yəhudisi ilə Avropa yəhudisi və ya iudaizmi qəbul edən digər istənilən millət Tövratı oxuyur, islamı qəbul edən amerikalı və ya türk Quranı qiraət edir. Ermənilər də özlərindən “Erməni bibliyası” düzəldib, monoetnik din düzəldib “xristian” olurlar.
“Ermənilərin özlərinə aid “Bibliya” yaratmaq istəyi ironiyaya səbəb olacaq və belə bir kitabın olması indiki Ermənistan üçün heç bir məna ifadə etməyəcək”
Mövzu ilə bağlı fikir bildirən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər, hər zaman olduğu kimi, dünyanı özlərinə güldürməyi bacarır: “Bu xalq bütün sahələrdə özlərini qədimləşdirməyə çalışır. Ermənilər nəinki xristianlıq, hətta şumerlərlə də bağlı iddialar irəli sürür. Bu xalqın necə yaranması bəllidir. Bir sıra mövzularla bağlı ermənilər çalışır ki, özlərini öndə təqdim etsin. Ancaq bu mümkün deyil. Bibliya ilə bağlı ermənilərin öz varlığını təqdim etməsi absurddur. Çünki İsa peyğəmbərin və onun həvarilərinin də mənşəyi ictimaiyyətə bəllidir. Bütün dünya ictimaiyyəti xristianlığın, bibliyanın necə yarandığını yaxşı bilir. Ola bilər ki, illər sonra özlərini erməni adlandıran haylar hansısa bir mərhələdə bu prosesin iştirakçısı olub. Ancaq bu o demək deyil ki, onlar Bibliyanı yaradıblar”.
Həmsöhbətimiz hesab edir ki, ermənilərin özlərinə aid “bibliya” yaratmaq istəyi ironiyaya səbəb olacaq və belə bir kitabın olması indiki Ermənistan üçün heç bir məna ifadə etməyəcək.
Günel CƏLİLOVA