Tofiq Zülfüqarov: “1998-ci ildə Heydər Əliyevin Koçaryanla görüşündə mən də iştirak edirdim” – DETALLAR VİDEODA

9-11-2021, 00:00           
Tofiq Zülfüqarov:
Gürcü politoloq Gela Vasadze ilə Ermənistanın start verdiyi Qarabağ münaqişəsindən danışan eks xarici işlər naziri Tofiq Zülfüqarov konfliktin hələ SSRİ dönəmində başladığını xatırladıb.

Bizim.Media xəbər verir ki, Tofiq Zülfüqarovun sözlərinə görə konfliktə səbəb ermənilərin ərazi iddiaları olub.

Belə ki, həmin vaxt İrəvan “Miatsum” layihəsinə başlayıb. Ardınca ermənilər status müəyyənləşdirmə və yerli əhalinin hüquqları müstəvisini önə çəkmək istəyiblər. Amma ardınca mövqeləri bir daha dəyişib:

“1998-ci il aprel ayında Robert Koçaryanın Heydər Əliyevlə görüşündə (orada mən və Ermənistan XİN rəhbəri Oskanyan da iştirak edirdi) qərar qəbul olundu ki, danışıqlar iki ölkə başçısı arasında aparılacaq. Yəni, konflikt dövlətlərarası oldu.

Daha sonra Paşinyan hakimiyyətə gəldi və bəyan etdi ki, “Artsax” Ermənistandır. Bunula yanaşı onlar iddia edirdilər ki, həmin qondarma rejim digər işğal olunan əraziləri də öz tərkibinə qatıb. Bu isə separatçılıqdan irredentizmə keçiddir. İrredenta qonşu dövlətin ərazisini özünə birləşdirməyə cəhddir”.

Tofiq Zülfüqarovun sözlərinə görə, 44 günlük müharibə ilə Azərbaycan bu və digər təhdidlərin qarşısını alıb.

Videonu təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.