"Apple"ın rəhbəri kriptovalyuta ilə bağlı fikirlərini açıqlayıb

10-11-2021, 07:27           
"Apple"ın rəhbəri kriptovalyuta ilə bağlı fikirlərini açıqlayıb
"Apple" şirkətinin rəhbəri Tim Kuk kriptovalyutaya sahib olduğunu etiraf edib, lakin bu cür vəsaitlərlə yalnız "şəxsi nöqteyi-nəzərdən" maraqlanır.

Trend-in məlumatına görə, bu barədə CNBC telekanalı xəbər verib.

T.Kuk bildirib ki, bir müddətdir kriptovalyutalarla maraqlanıb və bu mövzunu hərtərəfli araşdırıb. O, şirkətin kriptovalyutanı öz məhsul və xidmətləri üçün mümkün ödəniş variantı kimi inteqrasiya etməyi planlaşdırdığına dair fikirləri rədd etdi.

Şirkət rəhbəri, həmçinin "Apple"ın sərmayə kimi korporativ vəsaitlərlə kriptovalyuta alması ehtimalını da istisna edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru