"Ayağının dərisi ayaqqabısıyla birlikdə soyulub çıxan əsgər görmüşəm" - VİDEO

10-11-2021, 10:05           
"Ayağının dərisi ayaqqabısıyla birlikdə soyulub çıxan əsgər görmüşəm" - VİDEO
Onlar 44 günlük müharibənin könüllü həkimləri, fədakar tibb işçiləridir. Qayəsi həyata qaytarmaq olan sənətlərini ön cəbhədə icra eləmək üçün ilk gündən müharibə zonasına yola düşən, hansısa qəhrəman əsgərin son anına şahid, son nəfəsini verməkdə olan igidin yenidən yaşamasına vəsilə olan ağ xalatlılarımızla həmsöhbət olduq.

Pravda.az-ın məlumatına görə, şanlı qələbənin əldə edilməsidə onların da imzası var.

Ön cəbhədə qurulan Horadiz hospitalında iki cərrah qardaşı, iki həkim qardaşı oğlu ilə birlikdə xidmət göstərib 61 yaşlı Heyran xanım, özünü "qələbənin qanla qazanıldığının canlı şahidi"adlandıran Oqtay həkim orada gördüklərini bizə danışıblar.

"Mən hospitala gətiriləndə ayağının dərisi ayaqqabısıyla birlikdə soyulub çıxan əsgər görmüşəm", - deyir Oqtay həkim.

Həkim Elgün Səmədov isə bildirir ki, həmin günlər filmlərdə gördüyü səhnələri yaşayıb.

Əsgərin ayağı dəyən o yerdən keçdi bizim də Qələbəyə gedən yolumuz. O, bayrağı daşıdı, biz qürurla, fəxrlə və şərəflə ardınca addımladıq. Bir dəmir yumruğa dönüb düşmənin başına çırpıldı Qarabağ həsrətimiz. İndi üçrəngli bayrağın kölgəsində xarıbülbülün Vətənini gülüstana çevirmək vaxtıdı. Qələbəmiz əbədi və daim olsun!













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.