“Vaxtı gələndə Paşinyan növbəti səhvinə görə cavab verəcək” – İLGİNC AÇIQLAMA

11-11-2021, 11:36           
“Vaxtı gələndə Paşinyan növbəti səhvinə görə cavab verəcək” –
“Nikol Paşinyan Baydenin demokratiya sammitinə Azərbaycanın və Türkiyənin deyil , Ermənistanın dəvət edilməsini özü üçün şans sayır. Hazırda Ermənistanda tuğyan edən anti – Putin əhvalından istifadə edərək baş tutmalı olan yeni sənədlərlə bağlı görüşü təxirə salıb”.

Bu barədə KONKRET.az-a açıqlamasında DİA- nın müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov fikir bildirib. Onun sözlərinə görə, Paşinyan yaxşı bilir ki, hazırkı vəziyyətdə Moskva Ermənistana nəqliyyat layihələri və xüsusən də sərhədlərin tanınması ilə bağlı məsələlərdə heç bir təzyiq etməyəcək: “Bu günlərdə Ermənistanda hakim partiyadan başqa bütün siyasi qüvvələr imzalanmalı olacaq yeni sənədləri tanımayacaqlarını açıqladılar. Məqsəd bəllidir, Kremlə təzyiq etmək istəyirlər. Lakin baş verənlər erməni siyasətçilərinin nə qədər naşı olduqlarının göstəricisidir. Çünki kommunikasiyaların açılmaması bəzi xarici qüvvələrin əsas məqsədlərindən biridir, amma uduzan tərəf yerli ermənilər olacaq”.

Politoloq əlavə edib ki, sərhədlərin tanınmaması isə, hazırda Ermənistanda olan tarixi torpaqlarımızın, ilk növbədə Qərbi Zəngəzurun gələcəyini ona ögey olan Ermənistandan uzaqlaşdıracaq: “Hər halda, baş verənlər Azərbaycan tərəfindən bir müddət əvvəl nəzərə alınmışdı və vaxtı gələndə Paşinyan növbəti səhvinə görə cavab verməli olacaq”.

Müşviq Tofiqoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.