“İnanın Allaha, bezmişik daha…”

2-12-2021, 08:00           
“İnanın Allaha, bezmişik daha…”
“Helikopter qəzasında dünyasını dəyişənlərin əksəriyyəti yüksək rütbəli zabitlərdir. Zabit yetişdirmək hər adamın işi deyil. İnanın, qəzanı eşidəndən özümə gələ bilmirəm, nə hala düşmüşəm. Söz tapıb deyə bilmirəm. Şəhidlərimizi bilirik ki, müharibədə itirmişik, amma 14 nəfər yüksək rütbəli zabiti heç nədən itirdik. Yəni müharibə olmayıb, atışma baş verməyib. Sadəcə olaraq kiminsə səhvi ucbatından bu hadisə baş verib. Mən onların heç birini tanımıram, amma elə bilirəm ki, hamısı mənim qardaşımdır”.

Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib. O daha sonra bu günlərdə koronavirusa yoluxduğunu bildirib:

“Noyabr ayının əvvəllərində bərk xəstələnmişdim. Test verdim, virus çıxdı. Noyabr ayının 6-dan koronavirusa yoluxmuşam, az qala ölmüşdüm. Təzə əlini yaxamdan çəkib bu xəstəlik. Çox şükür ki, xəstəliyin əlindən canımı qurtardım. Bilirsiniz ki, bu xəstəlikdən çox adamlar dünyasını dəyişib. Amma həkimlərin dediyinə görə virusun yeni ştammları yayılıb. İnanın Allaha, bezmişik daha”, – deyə sənətkar bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.