Sahil Babayev pensiyaların artırılmasından danışıb

3-12-2021, 19:42           
Sahil Babayev pensiyaların artırılmasından danışıb
“Prezident İlham Əliyevin tapşırığı ilə sosial islahatların yeni mərhələsi kimi, növbəti sosial islahat paketi hazırlanıb. Bu paket çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiyada artım olacaq. Pensiya ilə yanaşı, müavinətlər də artacaq”.

Qaziler.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılışı zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, 2018-2021-ci ildə minimum pensiya artımı 82%, orta pensiya artımı 60% olub: Müavinətlərdə də artımlar orta hesabla 2 dəfəyə yaxın olub. Ümumən, yeni ildən növbəti sosial islahat paketi çərçivəsində pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardımlar artacaq. Bu artımların 2 milyondan çox insanı əhatə edəcəyini deyən S.Babayev bildirdi ki, əlavə olaraq 1 milyon 100 mindən çox pensiyaçının pensiyası da gələn ildən indeksasiya nəticəsində artacaq”.

Nazir bildirib ki, pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. Son illərdə həmin istiqamətdə mühüm addımlar atılıb. Pensiya sistemində yeni humanist yanaşmaların tətbiqi davam edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru