Qarabağda separatçı rejim dünyanın hər yerindən terorçuları gətirir

12-04-2016, 10:53           
Qarabağda separatçı rejim dünyanın hər yerindən terorçuları gətirir
"Ermənistan silahlı qüvvələri tərəfindən işağl edilən Azərbaycan torpaqlarında nə qədər ki, nəzarət yoxdur kim nə istəyir onu da edir. Xüsusilə ermənilər və onların havadarları narkotik vasitələrin becərdilməsi və satışını həyata keçirir, müxtəlif terrorçu qruplaşmalar Qarabağda təlimlərdə iştirak edirlər. Bu, birinci dəfə deyil".

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov ANS PRESS-ə bildirib ki, Türkiyə kəşfiyyatının Dağlıq Qarbağda PKK terrorçularının döyüşməsi, təlim keçməsi barədə yaydığı məlumatlar həqiqətə uyğundur.

Apreli 11-də Türkiyənin Cənub-Şərqində separatçı terror qruplaşması PKK ilə insident zamanı təhlükəsizlik qüvələrinin zərərsizləşdirdiyi 7 snayperin Ermənistan ordusuna aid desantlar olduğu müəyyən edilib.

Hətta məhv edilən erməni əsgərlərinin cəsədlərinin göndərilməməsinə görə Ermənistanla PKK arasında problem yaranıb. Həmçinin martın 31-də Türkiyədə PKK terrorçularına qarşı əməliyyatlar davam edərkən erməni əslli qadın terrorçu təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Türkiyədə öldürülən terrorçu-snayperlərin Qarabağa gəlmələri və burada döyüşlərdə iştirak etməsi informasiyasının həqiqəti əks etdirdiyini deyən Üzeyir Cəvərov böyük ehtimalla onların əllərinin Azərbaycan əsgərlərinin qanına batdığını bildirdi.

"Türkiyə böyük dövlətdir və kəşfiyyatı da çox güclü işləyir. Ermənistan Suriya, Livan və digər ölkələrdən terrorçuları Qarabağa gətirir. Birmənalı olaraq demək olar ki, Azərbaycan əsgərinin qatillərindən biri onlardır. Ordumuz yalnız ermənilərdən deyil, onlardan da Qarabağda qisas alacaq", - polkovnik-leytenant bildirib.

Ümumiyyətlə, ermənilərin PKK terror təşkilatına böyük simpatiyası olduğunu deyən hərbi ekspert bunun səbəbini onunla izah edir ki, PKK dağıdıcılıq, separatçılıq fəaliyyəti ilə məşğuldur və onların maraqları ermənilərinki ilə üst-üstə düşür:

"Terrorçuların törəmələrinin həyata keçirdikləri kirli əməllərinin nəticəsidir ki, Azərbaycan bu gün şəhid verir. Min lənət olsun bu problemi yaradan və həllini istəməyənlərə".

Üzeyir Cəfərov hesab edir ki, beynəlxalq terrorizmlə hər tərəfli mübarizə aparılmalı və bunun kökü kəsilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.