“Kəlbəcər -1990-cı illərdə işğal etdiyimiz Azərbaycan ərazisidir...” - Erməni general

13-04-2022, 11:55           
“Kəlbəcər -1990-cı illərdə işğal etdiyimiz Azərbaycan ərazisidir...” - Erməni general
“Biz Artsax ərazisindən yalnız Hadrutu itirmişik”. Teref.az moderator.az-a istinadən xəbər verir ki, bunu “İravunk” qəzetinə müsahibəsində Ermənistan baş naziri N.Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyasının üzvü, deputat, müdafiə nazinin keçmiş müavini, general-leytenant Qagik Melkonyan söyləyib.

“Kəlbəcər 1990-cı ildə Azərbaycan ərazisi olub. Bu, 1990-cı illərdə işğal etdiyimiz Azərbaycan ərazisidir. Söhbət 90-cı illərdən gedir, SSRİ-nin tərkibində olub sonra onu tərk etdiyimiz vaxtdan”- bunu da erməni deputat deyib.

Ermənistan müdafiə nazirinin keçmiş müavini öz müsahibəsində Zəngəzur dəhlizi məsələsinə də toxunub.

“Sünikdən(qərbi Zəngəzur-S.L.) azərbaycanlılara dərhal yol vermək lazımdır. Çünki bu, ermənilər üçün Laçın dəhlizinin bağlanmayacağının yeganə təminatıdır”- deyə Q.Melkonyan vurğulayıb.

“Mən öz fikirlərimi bildirdim, mən belə hesab edirəm. Kim razılaşır, kim yox, bu, onların öz problemidir” – sonda isə Paşinyan tərəfdarı belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru