Bizə aciz, sədəqə verilən kimi baxmayın – Şəhid xanımı

14-04-2022, 11:27           
Bizə aciz, sədəqə verilən kimi baxmayın – Şəhid xanımı
Şəhid ailələrinə aciz, sədəqə verilən kimi baxılmasın. Bu ailələr ən müqəddəs dəyər daşıyıcılarıdır. Şəhidlərimiz həyatlarını millətin, dövlətin bütövlüyü, azadlığı uğrunda fəda edib.

Axar.az xəbər verir ki, bu sözləri “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, YAŞAT Fondunun Himayəçilik Şurasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihəsi çərçivəsində keçirilən dəyirmi masada deyib.

“R.Orucovla bərabər şəhid olan polkovnik Vüqar Yusifovun xanımı ilə birgə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini yaratdıq və ictimai fikri tamamilə dəyişməyə çalışdıq. İstəmədik ki, bizə, övladlarımıza kiminsə yazığı gəlsin, aciz kimi görsünlər. Çünki bizim daşıdığımız dəyərlər daha yüksəkdir. Biz elə oğullar yetişdirməliyik ki, itirdiyimiz oğulları əvəz etməsə də, onların yolunu getməyə layiq olsunlar. Sosial problemlərdən də qabaq, ilk məqsədimiz gənclər və məktəblilər arasında şəhidlərimizin irsinin öyrənilməsi, qəhrəmanlığının təbliği oldu. Bu ölkədə elə bir təhsil ocağı olmayıb ki, orada bunu təbliğ etməyək. Biz əsasən gənclərə hədəflənmişik”, - deyə şəhid xanımı vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.