Riçard Kozlariç: “Rusiya Cənubi Qafqazdakı maraqlarından imtina etməyəcək”

14-04-2022, 12:14           
Riçard Kozlariç: “Rusiya Cənubi Qafqazdakı maraqlarından imtina etməyəcək”
Amerikanın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Azərbaycan və Ermənistan arasında hazırlığı görülən sülh müqaviləsi barədə Bizim.Media-ya ekskluziv müsahibə verib.

- Cənab səfir, sizcə Azərbaycan və Ermənistan arasında Avropa İttifaqı vasitəsilə keçirilən sülh danışıqları regiona nə qazandıra bilər?

- Azərbaycan və Ermənistan prezidentlərinin Aİ-nın vasitəçiliyi ilə Brüsseldə görüşməsi regionda sülhün yaranması baxımından önəmli addımlardır. İki ölkənin xarici işlər nazirlərinin məhz bu görüşdən sonra birbaşa telefonla danışması isə sülh prosesində tərəflər arasında sülhün bərqarar olması imkanlarının real göstəricisidir. Avropa İttifaqı isə tərəflər arasında danışıqlar üçün vasitəçi olmaqla regionda öz mövqeyini ortaya qoyur.

- Əgər bu danışıqlar fonunda bölgədə yekun sülh əldə olunarsa, sizə görə Rusiya regionda hansı davranışları ortaya qoya bilər?

- Ukraynan suveren ərazisinə Rusiyanın hücumu ilə əlaqədar olaraq Moskva Cənubi Qafqaz da daxil olmaqla, bütün dünyadakı danışıqlar prosesindən uzaqlaşdırılıb və onların vasitəçiliyi ilə aparılan danışıqlar artıq beynəlxalq ictimayyət üçün öz əhəmiyyətini itirib.

- Rusiya özü də məhz bu səbəbdən vasitəçilikdən imtina edə bilərmi?

- Bu birbaşa olaraq Vladimr Putinin verəcəyi qərarlardan asılıdır. İndi Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb. Lakin düşünmürəm ki, o, Cənubi Qafqazdakı maraqlarından imtina edib geri çəkilsin. Məncə müharibədən başı ayıldığı zaman yenidən Cənubi Qafqazdakı proseslərə nəzarət etməyə çalışacaq.

- Ukraynaya toxundunuz. Sizcə hal-hazırda orada baş verən hadisələr necə davam edəcək?

- Bütün dünyanın diqqəti hazırda Ukraynadadır. Həmçinin mən də Ukraynada gedən prosesləri diqqətlə izləyirəm.

Nə qədər ki, müharibə davam edir, Ukraynanın gələcəyi haqqda mühakimə yürütmək yanlış olardı. Bir şey əminliklə deyə bilərəm ki, istənilən halda Rusiya məğlub tərəf olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.