“O vaxt heç "trend" sözü yox idi, amma mənim bütün mahnılarım sevilirdi...”

15-04-2022, 10:25           
“O vaxt heç "trend" sözü yox idi, amma mənim bütün mahnılarım sevilirdi...”
“Çalışmıram və can atmıram ki, mahnılarım trendə düşsün. Amma ola bilər ki, sabah hansısa mahnım trend olsun. O vaxt heç trend sözü yox idi, mənim bütün mahnılarım sevilirdi. İstər “Ata”, istər “Bakılı qız”, istərsə də “Sənsizlik” və s. Bu gün “Ata” mahnısı trend deyil, bütün reytinqləri darmadağın edib. Bütün toylarda bu mahnım səslənir və qızlar ataları ilə rəqs edərək sanki bu mahnı ilə atalarına məhəbbətlərini, rəğbətlərini bildirirlər. Bu çox önəmlidir”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni, əməkdar artist Vasif Məhərrəmli deyib. O daha sonra əlavə edib.

“Bu gün yutub sosial şəbəkəsindən pul qazanan müğənnilər əksəriyyət təşkil edir. Heç tanınmayan, efirə çıxmayan ifaçılar da var ki, sadəcə bir mahnını aranjman edir, yutubda yayımlayır. Bu mahnı sevilə, baxış sayı çox ola bilər. Bu sənətdirmi? Xeyr, bu sənət deyil. İnsanların azadlığını əlindən ala bilmərik, kimin ürəyi istəyirsə oxuyur. Bir ailədə 10 nəfər varsa, onun 9-da oxuya bilər. Hər zaman müğənnilərin sayı kifayət qədər olub, amma onun içindən seçilən, ələnən ifaçılar daha çox olub. Bu gün xanəndələr xaric çox ifaçılar var ki, istərdim onların canlı ifasını eşidim, amma eşitməmişəm. Halbuki o insanlar kifayət qədər tanınmış sənətçilərdir” deyə tanınmış müğənni bildirib.

Əməkdar artist idmanla ciddi şəkildə məşğul olduğunu bildirib.

“İdmana gedirəm, hər şeyi yemirəm, şirniyyatdan tamamilə uzağam. Pəhriz saxlayıram. İnsan yaşa dolduqca bədəni bir az formadan düşür. Ona görə də idmana gedirəm. İdman zalından videoları instaqram sosial şəbəkəsində paylaşmağım da təbliğat xarakteri daşıyır. Gənclərə, bütün dost-tanışıma da məsləhət görürəm ki, idmanla məşğul olsunlar. Çünki idman edərək həm də stress atmaq mümkündür” deyə o bildirib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.