"Moskva son çarə kimi nüvə ata bilər" - Ukrayna DİN

16-04-2022, 11:19           
"Moskva son çarə kimi nüvə ata bilər" - Ukrayna DİN
kraynanın daxili işlər nazirinin müşaviri Vadim Denisenko son günlərin gündəminə çevrilmiş nüvə hücumu ehtimalından danışıb. AzVision.az xəbər verir ki, o, Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi ilə bağlı iddialar aydınlıq gətirərkən bir sıra maraqlı fikirlər səsləndirib. - Hazırda hər hansı nüvə zərbəsindən söhbət gedə bilməz. Biz bunu nəzəri cəhətdən istisna edə bilərikmi? Xeyr, təəssüf ki, edə bilmərik, lakin ehtimal olduqca aşağıdır, - Ukrayna rəsmisi deyib.

Daxili işlər nazirinin müşaviri qeyd edib ki, Rusiya Federasiyası nüvə silahından yalnız son çarə kimi istifadə edə bilər. Çünki bu hadisə baş verərərsə, Ukraynaya genişmiqyaslı hücumdan sonra Moskvanın yanında qalan ən yaxın müttəfiqlər, xüsusən də Çin, Hindistan, Belarus da Rusiyadan uzaqlaşa bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru