"Biz Rusiya ilə 10 il mübarizə apara bilərik" - Zelenski

18-04-2022, 00:03           
"Biz Rusiya ilə 10 il mübarizə apara bilərik" - Zelenski
“Biz Rusiya Federasiyası ilə 10 il mübarizə apara bilərik”.

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodmir Zelenski CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kiyev Moskva ilə diplomatik dialoqa hazırdır, lakin belə bir söhbət Rusiyanın ultimatumlarına əsaslanmamalıdır.

"Belə bir söhbət nə qədər tez başlasa, bir o qədər az adam öləcək. Şanslar hər gün azalır. Buça, Volnovaxa, Borodyanka, Mariupol haqqında düşünün. Elə vaxt gəlir ki, heç kim danışmaq istəmir. Cəmiyyətimiz danışıqları davam etdirməyimizi istəmir", - Zelenski qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru