"Mariupol müdafiəçiləri işğalçılarla sonadək vuruşacaqlar..."-General-mayor

18-04-2022, 08:28           
"Mariupol müdafiəçiləri işğalçılarla sonadək vuruşacaqlar..."-General-mayor
Rusiyanın indi Mariupolu müdafiə edən Ukrayna hərbçilərini təslim olmağa çağırması İlovaysk faciəsini xatırladır.

Moderator.az "UNİAN"a istinadla xəbrə verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general Kirill Budanov milli telemarafonun efirində bildirib.

"Bizim fikrimizcə, bu, İlovayskdakı əməliyyatı çox xatırladır. Mən tam əminəm ki, müdafiəçilərimiz təslim olmayacaq və sona qədər müdafiə olunacaqlar - bu, onların məhvi deyil, bizim ümumi qələbəmiz olacaq. Mariupol azad ediləcək və orada olan oğullarımız isə əsl qəhrəmandırlar”, - deyə o bildirib.

O, həmçinin Mariupolu mühasirədə saxlayan işğalçılar qrupunun zəiflədiyi barədə məlumatları təkzib edib.

Qruplaşma - necə idi və elə də qalır. Və onlar daim bu şəhəri ələ keçirməyə çalışırlar”, - Budanov vurğulayıb.

Xatırladaq ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Mariupoldakı ukraynalı əsgərləri silahı yerə qoymağa və təslim olmağa dəvət edib. Onlar isə təslim olmaqdan imtina ediblər.

Xəbərlərdə hazırda şəhərdəki "Azovstal" zavodunda 1000-ə yaxın dinc sakin; uşaq, qadın, qocaların da gizləndiyi bildirilir.



Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.