Vladimir Putin sanksiyalardan danışıb

19-04-2022, 10:03           
Vladimir Putin sanksiyalardan danışıb
Qərb ölkələrinin Rusiyaya qarşı yürütdüyü sanksiya siyasəti uğursuzluğa uğrayıb.

Bu barədə Prezident Vladimir Putin bildirib.

"İqtisadi blitskrieg strategiyası işə yaramadı. Əksinə Qərb dövlətləri özləri inflyasiya və artan işsizlik, ölkələrində iqtisadi dinamikanın pisləşməsi ilə üzləşdilər”, -deyə Vladimir Putin qeyd edib.

Putin daha sonra Rusiyanın əhəmiyyətli inflyasiya səviyyəsinə diqqət çəkərək hökuməti “vətəndaşlarımızı dəstəkləməyə, onlara inflyasiya dalğasının öhdəsindən gəlməyə kömək etməyə” çağırıb.

Moskva etirbarlı tərəfdaş olan ölkələrlə rubl və digər milli valyutalarda hesablaşmalara keçidi sürətləndirməlidir.

O qeyd edib ki, "dost olmayan ölkələrin" Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər yerli biznesin imkanlarına təsir edib, ixrac və idxal tədarükü logistikasını çətinləşdirib, hesablaşmaların aparılması üçün maneələr yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru