"Cako səni hər yerdə tapacaq" – Rusiyanın qatil dəstəsi və başçısı barədə gizlinlər üzə çıxdı

5-08-2022, 08:22           
"Cako səni hər yerdə tapacaq" –
Bandanın idarəçiliyi, qadınlar, maşınlar... “Rusiyanın əsas qatili” titulu alan Aslan Qaqiyev haqqında müstəntiq sirləri açdı

Cənub Dairə Hərbi Məhkəməsində “Rusiyanın əsas qatili” titulu alan Cako ləqəbli Aslan Qaqiyevin məhkəməsi davam edir. Müstəntiqlərin fikrincə, 2004-cü ildə Qaqiyev ölkədə ən böyük muzdlu qatil qruplarından birini yaradıb və onun bandası ən azı 60 sifarişli qətli icra edib. Cakonun qruplaşmasındakı qatillər istənilən şəxsi öldürürmüşlər: iş adamlarını, məmurları və polisləri güllələləyiblər. Sadəcə əmr gəlir, onlar icra edirmiş.

Qaqiyevin məhkəməsi gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda keçirilir: onun işinə baxılacağı yeri də Ali Məhkəmə üç ay əvvəldən müəyyən edib. Rusiyanın əsas qatil qruplaşmasının necə təşkil edildiyi barədə təfərrüatları “Lenta.ru” saytına Cako bandasının işi ilə məşğul olan müstəntiqlərdən biri Sergey Zastupin (ad şərtidir) danışıb.

AYNA müsahibəni istinadla təqdim edir:

- Cinayətkar qrupun daimi bazası var idi, yoxsa onlar mütəmadi olaraq yaşayış yerlərini dəyişirdilər?

- Qrup üzvlərinin yaşadıqları yerlər var idi. Bu yerlər əsasən Moskva yaxınlığındakı kotteclər idi. Qrup əhalinin sıx olmadığı, diqqət səviyyəsi aşağı olan Moskva vilayətindəki qəsəbələrə üstünlük verib. Quldurlar Moskva yaxınlığındakı şəhərlərin kənarındakı yerləri və ya çox nəzərə çarpmayan malikanələri seçməyə çalışıblar. Banda üzvləri bir neçə nəfərlik kotteclərdə yaşayır, orada təlim keçir, silah və xüsusi texnika saxlayırdılar. Bir neçə kottec var idi: ya icarəyə götürülmüşdü, ya da Qaqiyevin tanışlarına məxsus idi. Cako özü bəzən oraya gəlir, dəstə üzvləri ilə görüşür, cinayət planlarını və ya quldurlardan hansısa birinin davranışını müzakirə edirmiş.



"Onların Moskvadakı bazası qarajlar idi"

Quldurlar bir ildən çox olmamaq şərti ilə bir kottecdə yaşamağa üstünlük veriblər - görünür, yerlərinin bilinməsindən ehtiyat ediblər. Yeni yerə köçərkən, bütün silah arsenalı onlarla birlikdə köçürülüb. Cakonun quldurlarının Moskvadakı bazası isə qarajlar olub - daha doğrusu, bütöv bir qaraj kooperativi. Ərazinin bir hissəsi kafe və avtoservislər üçün icarəyə verilib, dəstəyə gəlir gətirirmiş. Və təbii ki, bu kooperativdə böyük bir silah anbarı da olub.

-Quldurlar məxfilik səbəbindən qaraj kooperativini də öz bazasına çeviriblər?

- Moskvanın sərhədləri daxilində bir bina - bir növ malikanə və ya kottec - çox üzdə olardı, gizlilik qorunmazdı. Hüquq-mühafizə orqanlarının belə bir yerə getməsi zaman məsələsidir. Və ilk reyddə orada silah tapacaqdı. Ona görə də qaraj kooperativini seçiblər.

- Təlimdən danışdınız. Cakonun dəstə üzvləri necə təlim keçiblər?

-Qrupun üzvü idman zalında məşq etmək istəyirsə, o idman zalına abunə olub. Kotteclərin özlərində də idman zalları var idi və onlardan birinin zirzəmisində Qaqiyevin adamları hətta atıcılıq meydançası da qurmuşdular. Divarları elə hazırlayıblar ki, səs kənardan eşidilməsin. Amma ümumilikdə döyüşçülərin atəş açmaqla bağlı heç bir problemi olmayıb. Onlar hansısa ucqar yerə gedib orada da məşq edirmişlər. Deyək ki, Cakonun dəstəsinin Osetiyada atış üçün tirləri olub.

- Aslan Qaqiyevin yaxın çevrəsində kimlər olub?

- Cakonun adi muzdlu döyüşçüləri işə götürmək və onlara nəzarət etmək üçün məsləhətçi və əlaqə rolunu oynayan yaxın adamları var idi. Bundan başqa, Qaqiyevi qoruyan və onun şəxsi sürücüsü də olub. Çox vaxt cangüdəni Cakonun həm də sürücü olub.


- Cako kiminlə yaşayıb? Onun arvadı var?

- Özü bir neçə dəfə 15-dən çox qadını olduğunu, 21 uşaq atası olduğunu demişdi. Cakonun həqiqətən çoxlu qadını var idi, bu doğrudur. Uşaqlara gəlincə, bilirik ki, onun müxtəlif qadınlardan dörd övladı var. Bu uşaqların hamısı onun soyadını daşıyırlar. Lakin Qaqiyev heç vaxt rəsmi nikahda olmayıb.

- Bir nömrəli qatili qadınlardan başqa nə cəlb edib? Bəlkə avtomobillər?

- Cakonun əlbəttə ki, dəbdəbəli “Mercedess”i var idi – onu idarə edirdi. Amma onun üçün əsas o idi ki, maşını qrupun digər üzvlərindən yüksək sinif olsun. Digər üzvlərdən fərqlənmək istəyib.

Eyni zamanda, Cako onlarla avtomobil alıb qrup üzvlərinə bağışlayıb. Amma bu avtomobillər heç vaxt onunkundən yaxşı olmayıb.

Qaqiyevin yaxın adamlarının yaxşı avtomobilləri olub, məsələn, “Range Rover” və ya oxşar sinifdən avtomobillər. Belə bir avtomobil uğurlu qətl işinə görə hədiyyəymiş. Lakin o, quldurlarına pul yağdırmayıb, əksinə, cinayət səviyyəsinə uyğun ödəniş edirmiş.

Qrup üzvlərinin hər biri ayda ən azı min dollar alıb. Qalan hər şey cinayət iyerarxiyasındakı şəxsin əhəmiyyətindən asılı olub. "Maaş"dan əlavə, Cakonun adamları əlavə ödənişlər alıblar. Məsələn, uğurlu qətllərdən sonra qatillərə bonuslar verilib.

- Qaqiyev silah nə qədər xərcləyib?

- Heç kim bizə silahın hansı məbləğə alındığını dəqiq deməyəcək. Alış-verişin özü belə görünürdü: özləri ilə müəyyən miqdarda pul götürüblər, bir müddət sonra gəlib 5 ədəd “Kalaşnikov” avtomatını aparıblar. Qrupun büdcəsinin hansı hissəsinin silaha getdiyini Qaqiyev demir. O “müşavirələrini” silah məsələlərinə həsr etməyib. Bəzən döyüşçülər briqadasının rəhbəri məsləhətçilərdən yan keçərək birbaşa Cakodan silah almaq üçün pul alırmış. Bəzən üzvlərdən biri “arsenalı doldursaq, yaxşı olar”, deyə bildirib. Sonra Cako birbaşa silahdaşı Cioyevə və ya Cuqutova üz tutub soruşurmuş: "Yanında nə qədər pulun var?". Tutaq ki, o cavab verib: “İki yüz min”. Sonra Qaqiyev deyirmiş ki, onları ver “iş üçün silah al”. Təbii ki, heç kim bütün bu xərcləri qeyd etməyib.

- Doğrudanmı, Cakonun xəbəri olmadan onun quldurlarından heç biri bir rubl belə xərcləyə bilməzdi?

- Heç kim açıq şəkildə bir rubl xərcləyə bilməzdi - bu vacib məqamdır. Məsələn, Cakonun döyüşçüləri pulemyotlar, qumbaralar və cinayət maşınları üçün yüz minlərlə rubl alıblar. Daha sonra yoxlamalar haqqında hesabat verə bilməsələr, bu, özləri üçün təhlükəli olardı.

- Bu yaxınlarda Rusiya Baş Prokurorluğu Cakonun “müşaviri” Artur Cioyevin ikinci cinayət işi üzrə ittiham aktını təsdiqləyib: o, 11 qətlə görə mühakimə olunacaq. Cioyevin qrupdakı rolunun media tərəfindən şişirdildiyinə dair bir fikir var. Belədir?

- Əlbəttə ki, Cioyev dəstənin əhəmiyyətli fiqurlarından biri idi. Lakin jurnalistlər onu tez-tez qrupun demək olar ki, “ən yaxşı döyüşçüsü” və Qaqiyevin varisi kimi təsvir edirlər. Əslində bu belə deyil. Cioyev “ən qəddar”, “ən ağıllı” və ya “ən güclü” deyildi. O, sadəcə Cakonun sirdaşı, ona yaxın adam olub.
Media istintaq zamanı Cioyevin hamını ələ verdiyini dedi. Bu məlumat bir qədər səhvdir. Onun ifadəsi həqiqətən faydalı idi, lakin bu, yalnız başqa vasitələrlə əldə edilmiş əməliyyat məlumatlarının təsdiqi idi.

- Cioyev uzun müddət Yunanıstanda hüquq-mühafizə orqanlarından gizlənib. Doğrudanmı onun cinayət keçmişi ilə əlaqə saxlamaq və Cako ilə əlaqəni kəsmək arzusu yox idi?

- Burada vacib bir məqamı başa düşməlisiniz: Cioyev Yunanıstanda Cako dəstəsi sayəsində aldığı saxta sənədlərlə yaşayırdı. Onların alqı-satqısı dəstənin “biznes üçün” ümumi xərc maddəsi idi. Buna görə də, Cioyev cinayətdən uzaqlaşmaq qərarına gəlsəydi, bu sənədlərə əsasən tapılacaqdı. Cakonun dəstəsi istəsə, səni hər yerdə tapacaq. Bu böyük riskdir. Cioyevin belə bir variantı nəzərdən keçirdiyinə dair heç bir məlumatımız yoxdur.

- Aslan Qaqiyevin yeni cinayət epizodları ilə ittiham edilməsi planlaşdırılırmı?

- Bu barədə Rusiya İstintaq Komitəsi (TFR) dəfələrlə açıqlama verib. Xüsusilə, Qaqiyevin işinin məhkəməyə göndərildiyi barədə rəsmi məlumat yayılanda prosesin yalnız epizodların bir hissəsi olacağı da göstərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.