“Fərid Əzizov dövlət tapşırıqlarını düşmən mətbəxinə göndərməklə məşğuldur” - Deputatdan İTTİHAM

10-08-2022, 19:09           
“Fərid Əzizov dövlət tapşırıqlarını düşmən mətbəxinə göndərməklə məşğuldur” -
“Azərbaycan evi. Müqəddəs bir səsləniş deyilmi? Ancaq bu ev zibillənib, bu ev başqa ölkənin casusları ilə dolub. Mən bilmirəm kim yaradıb, ancaq Avstriya kimi Avropa dövlətindəki Azərbaycan Evinin rəhbəri Fərid Əzizov (Məşədiəzizli) tipik bir “Qum”cuqdur, başqa ölkənin maraqlarının müdafiəçisidir. Məndə şübhə var ki, bu adam oradakı azərbaycanlılar barədə məlumatları başqa mərkəzlərə ötürməklə, dövlət tapşırıqlarını düşmən mətbəxinə göndərməklə məşğuldur”.

TEREF pravda.az-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Elşən Xəzərin müzakirəyə səbəb olan qəzəlini tənqid etdiyi üçün onu təhqir edən Avstriyadakı Azərbaycan Evinin rəhbəri Fərid Əzizov barəsində deyib.

“Bunlar deyir ki, Şuşanı “hüseynçilər” azad etdi, mənsə deyirəm ki, həyasızcasına yalan söyləyirsiniz, Şuşanı qardaş Türkiyəmizin mənəvi dəstəyi ilə şərəfli Azərbaycan əsgəri və Ali Baş komandanımız azad edib. Ey bu ünsürləri daxildə və xaricdə himayə edənlər, bəlkə, siz də onlar kimi düşünürsünüz? Bu satqınların məni təhqirlərinə özüm layiqli cavabı verəcəyəm. Dövlətimizi, millətimizi təhqirlərinə, bəlkə, puldan-paradan başınızı ayırıb siz də cavab verəsiniz?”, - deputat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru