Rza İbadovdan ilginc açıqlamalar - “Həmişəlik Bakıya dönəcəyəm”

12-05-2016, 10:46           
Rza İbadovdan ilginc açıqlamalar - “Həmişəlik Bakıya dönəcəyəm”
Keçmiş deputat, 1995-2000-ci illərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olmuş və hazırda Londonda yaşayan Rza İbadov Modern.az saytının sualların cavablandırıb.

- Rza müəllim, YAP icra katbinin müavini Siyavuş Novruzov sizin bu yaxınlarda Azərbaycana gəlib və geri döndüyünüzü deyib. Sonucu dəfə Bakda nə zaman olmusunuz?

-Mən 2015-ci ilin noyabrında Azərbaycana gəlmişdim. İki həftə Bakıda qaldıqdan sonra Londona geri döndüm.

-Bakıya səfəriniz hansı xarakter daşıyırdı, kimlərlə görüşdünüz?

-Azərbaycana qohumlarımı, dostlarımı, yaxınlarımı görmək üçün gəlmişdim. Yəni səfərim daha çox şəxsi xarakter daşıyırdı.

-YAP-a yenidən üzv olmaq və Azərbaycanda aktiv siyasətə qayıtmağı düşünürsünüz?

-Mən hələ də YAP-ın üzvüyəm. Partiya sıralarından çıxarılmamışam. Yenidən aktiv siyasətə qayıdıb-qayıtmayacağımı zaman göstərəcək. Həyatda hər şey qismət işidir.

-Qarabağ cəbhəsindəki son hadisələri izləyirsinzimi?

- Əlbəttə, cəbhədəki son hadisələri diqqətlə izləyirəm. Azərbaycan ordusunun qələbələri ilə qürur duyuram.

-Londonda hazırda hansı sahədə çalışırsınız?

-Daşınmaz əmlak biznesi ilə məşğulam. Bu sahədə özəl bir şirkətim var.

-Yaxın gələcəkdə həmişəlik Bakıya dönmək, Azərbaycanda yaşamaq niyyətiniz varmı ?

- Təbii ki, vətənim Azərbaycanı çox sevirəm. İnşallah bir gün həmişəlik geri dönəcəyəm.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru