Fəzail Ağamalı mesaj verdi: "..mən ona kişiliyimi sübut edim."
12-05-2016, 22:18
teref.az olaraq bir necə gün bundan əvvəl indi mühacirətdə olan Hüseyn (Quska) Abdullayevin keçmiş həmkarı millət vəkili Fəzail Ağamalı haqda dedikləri barədə Fəzail Ağamalıya sual ünvanladıq. Onuda qeyd etmək istəyirəm ki, mən Fəzail Ağamalını 1988-ci ildən tanıyıram. Onunla bir yerdə ağır situasiyalarda belə olmuşam. Bu meydan hərəkatına, 20 yanvar hadisələrinə və Qarabağda silah təchizatı üçün aparılan əməliyyatlara və baş verən hadisələrlə bağlı olub və ondan heç bir qorxaqlıq əlaməti görməmişəm.
Beləliklə Fəzail Ağamalıya Hüseyn Abdullayevin onun barəsində səsləndirdiyi fikirlər barədə nə dedi:
-O zamanlar Hüseyn Abdullayev məni təhqir etdi və cavabını aldı. Məhkəmədən qabaq nələr oldu kimlər gəlib xahiş elədi. Onu deməyəcəm.
-Fəzail bəy axı demişdiniz. Anası barədə.
-Fikir versəniz o hadisədən sonra mən bu barədə bir kəlmədə danışmamışam. Əgər Hüseyn Abdullayev mənim barəmdə elə namərdcəsinə danışmasa idi, mən yenədə nələrin olduğunu dilimə gətirməzdim. Yenədə cəmii bir epizoddan danışdım. Kişi kişinin ailəsindən danışmaz.
Xüsusəndə bilmədiyi şeylər. Mənim gəlinim düzdür doğum evində işləyir, lakin həkim terapevt- anestezoloqdur. O dedi məndə cavabını verdim, qurtardı getdi. Lakin bəzi adını media qoyan vicdansızlar, vaxti ilə məndən 500 manat pul istəyib ala bilməyənlər indi elə bilirlər ki, məndən heyf alacaqlar. Mediaya heç yaraşdırmadığım ifadələr işlədirlər. Belədə kimin mənim kişiliyimə şübhəsi varsa istədiyi vaxt yanıma gələ biulər ki, mən ona kişiliyimi sübut edim.
-Fəzail bəy kimi deyirsiniz?
-Kimi deyirəmsə o bilir və öz payını götürəcək!
-Fəzail bəy sağ olun!
-Sağ olun!
teref.az