“Erməni qız cılız hərəkət etdi...” - Səmra
16-05-2016, 19:44
“Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli “Asan Radio”nun qonağı olub.
teref.az-nun məlumatına görə, Səmra müsabiqədə qazandığı 17-ci pillədən danışıb:
“Azərbaycan neçə ildir ki, uğurlara imza atır, hər il finaldayıq. Axırıncı yerləri tuturuq deyə, ölkəni pis təmsil etmirik ki? Biz yadda qalırıq, bir az pozitiv baxmaq lazımdır. Videoroliklərdə müasirliyimizi göstərdik. Heydər Əliyev adına Mərkəzi çəkdik. Gözəl bir binadır. Milli dəyərlərimizi 2012-ci ildə yetərincə göstərmişik. Bir az müasirliyimizi göstərməyə çalışdıq”.
Təmsilçimiz mətbuat konfransında yaşanan anlaşılmazlığa aydınlıq gətirib:
“İveta cılız hərəkət etdi. Jurnalistlər siyasətlə mədəniyyəti qarışdırdığına görə, ona pis yanaşdı. Mənim sakit durmağımın səbəbi isə başqa idi. Mən elə bildim ki, mənə sual verəcəklər. Azərbaycanlı jurnalist isə Qarabağdan danışdı. Mən duruxdum, sual gözləyirdim. Yoxsa, mən Azərbaycanımı, millətimi sevirəm, ölkəmə bağlı biriyəm. Bu doğurdanda musiqi yarışmasıdı. Mən musiqini təmsil edirəm. Ona görə də, bura siyasi yox, mədəniyyət yarışması olduğunu söylədim. Mən o cavabı verəndə hamı əl çaldı”.
Müğənni geyimini tənqid edənlərə cavab verib:
“Hər kəsin fikrinə hörmətlə yanaşıram, ancaq təhqirlərinə yox... Hərənin mahnısına uyğun imic düzəldilib. Milli mahnı oxusaydım, milli geyinərdim. Cavanam, yaraşır. Mənə yaraşırsa, geyinə bilərəm. Geyimlər pis görsənsə, geyinib çıxmazdım. Məşhur ukraynalı stilistlə çalışırdım. Məsələn “Səs Azərbaycan” layihəsinə “Sarı gəlin”i ifa etdim, orada isə milli geyim geyinmişdim. Mənə bu cür mahnı seçildi, sözləri mənə yaxın mahnıdı”.