Baş Prokurorluq rəsmisindən ETİRAZ – “Bizimkilər insan deyil, erməni insandır?”
10-10-2022, 11:52
“Ermənistan hərbçilərini çəkərək, sosial şəbəkələrdə videolar yayıblar ki, onlar barəsində də Baş Prokurorluqda araşdırmalar aparılır”.
Bu fikirləri “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov səsləndirib.
“Videolar var ki, yaralı olan, müqavimət göstərmək iqtidarında olmayan hərbi qulluqçumuzu avtomatın qundağı ilə vuraraq qətlə yetiriblər. Eyni zamanda, meyitlər üzərində təhqiredici hərəkətlərə yol veriblər. bizim insanımız insan deyil, erməni insandır?”, - deyə Baş Prokurorluq rəsmisi əlavə edib.