“Ev sahibi sanki öz mənzilində kirayə qalır” – MTK-larla sakinlər arasında CİDDİ PROBLEM

11-10-2022, 12:18           
“Ev sahibi sanki öz mənzilində kirayə qalır” –
İnsan çoxluğa ilə yüklənən paytaxt şəhər Bakıda problemlərdən biri də MTK-larla bağlıdır.

Özü də necə deyərlər bu problemlər bitib tükənmir.

TEREF.AZ-ın məlumatına görə, MTK-larla bağlı demək olar ki, çox problemlər və onların həlləri ilə bağlı Əmlak eksperti Elnur Fərzəliyev Lent.az-a danışıb:

Onun sözlərinə görə, Bakı-Abşeron ərazisində yeni tikili binalarda ortalama iki minə qədər yaşayış olan mənzillər var:
“Bunların çox böyük əksəriyyəti tikinti normativlərdən kənar tikiliblər. Çünki Azərbaycanda daşınmaz əmlakla bağlı zamanında bir çox qurumlar (Bələdiyyələr, Yeri icra hakimiyyətləri...) səlahiyyət sahibi olublar. 2018-ci ilə qədər yeni tikili binalarla bağlı sərəncam vermək hüququ həm də yerli rayon icra hakimiyyətlərinin tabeliyində idi. Həmin zamanlar icra hakimiyyətləri MTK-lara tikinti ilə bağlı icazələr verirdilər. Bunların başında duran əsas problem Bakı şəhərinin baş planının hələ də hazır olmamasıdır. Ən son baş plan 1986-cı ildə hazırlanıb. Ondan sonra o dövrdə tikilən bütün binalar, avtobus dayanacaqları, səkilər, həmin dövrün insan sayına uyğun aparılıb. Və həmin plan o dövr üçün əla idi. Bütün binaların həyətləri, yaşıllıq əraziləri var idi”.
Ekspert qeyd edir ki, Bakı əhalisinin sayı 3 dəfə artıb:

“1986-cı ildən bu yana demək olar ki, Bakı şəhərinin əhalisi təxmini 3 dəfəyə qədər artıb. Bundan əlavə, şəhər içindən tikilib. Əslində, bütün tikililər baş plana uyğun aparılmalıydı. Baş plan hazır olmadığına görə də pərakəndə şəkildə tikilir, bu da bugünkü problemlərə yol açır. Bu problemlər həm binaların həyətlərinin olmaması, həm də əksər binalarda avtomobil dayanacaqlarının olmaması ilə bağlıdır. Sovet vaxtında beşmərtəbəli binaların həyətindəki dayanacaqların da yerini indi hündür mərtəbəli binalar tutub. Hansı ki, o dayanacaqlar sakinlər üçün yaradılmışdı. Və orda daha bir bina tikildi, ərazi yükləndi. Tək problem bu deyil. Çəkilən kommunikasiya xətlərinə (işıq, qaz, su) baxsaq, çoxu sovet vaxtı çəkilən xətlərə qoşuludu. Bu kimi problemlərin də qarşısını almaq mümkünsüzləşib. Çünki artıq olan olub”.

Elnur Fərzəliyev deyir ki, binaların idarəsi üçün vahid qurum yaradılmalıdır:

“Köhnə binalar təmizlik üçün ildə 18 manat pul ödəyirdilər. Hər mənzil kommunal idarəsinin balansında yüzlərlə çoxmənzilli yaşayış binaları var. Belə ki, ildə hər mənzildən 18 manat yığılanda çox böyük məbləğdə pul edir. Bu isə binanın təmizliyinə, digər işlərə artaraq, kifayət edir. Amma bu gün MTK-larda hər bina fərdi şəkildə idarə olunur. Buna görə də orda sırf binaya aid işçilər olur. İstər mühafizə, istərsə də, inzibatçı, xadimələr və sair. Belə olan halda da xərc artır. Bu gün Bakıda bəzi binaların aylıq kommunal xərci mənzil kvadratına görə 20 qəpikdən başlayır. Elə binalar var ki, hətta bir kvadrat metri 2 manata qədər qalxır. Binalar da var ki, vətəndaş ora ayda 200-250 manat pul ödəyir. Standart binalar isə bu ödəni 40-50 manat arasında dəyişir. Bu da az pul deyil. Vətəndaş sanki öz mənzilində kirayə qalır. Bunların da kökündə binaların pərakəndə şəkildə idarə olunması durur. Və hər binada da yüksək keyfiyyətli idarəetmədən söhbət gedə bilməz. Təbii ki bunlarla bağlı hər hansı vahid dövlət qurumu yaranarsa, aylıq ödənişlər düşər aşağı. Çünki yığılan pul artıq bir bina üçün yox, yüzlərlə bina üçün yığılan az pul bəs edir ki, çox binalar idarə olunsun”.

Ekspertin onu da vurğulayır ki, sakinlər mənzil alanda heç yerdən tam məlumat əldə edə bilmir:

“Binaların hər birinin su deposu olmalıdır. Hansı ki, normativlərə görə, su deposu ən az 6 aydan bir “Azərsu” tərəfindən yuyulub, dərmanlanmalıdır. Çünki bu depoda su illərlə qalanda orda mikroblar əmələ gəlir. Ümumiyyətlə, bu sahədə maarifləndirmə olduqca aşağıdır Sakinlər gedir mənzil almağa. Vətəndaş hər hansı dövlət qurumdan bina haqqında tam məlumat ala bilmir. Yalnız kənardan bazar araşdırması edir. Bu isə zərərlidir. Çünki zamanında mənzillərin 2-3 adama satılması halları çox olub. Bu hallar artıq çox baş vermir. Hamısı köhnədən qalan problemlərdi. 2018-ci ildən binalarla bağlı sərəncamları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Orda da normativlərdə elə müddəalar var ki, işi bacaran, maliyyə büdcəsi olan və işini sevən şirkətlər bina tikə bilir. Yəni, normativlərdə çətinliklər çoxdur”.

Daş-divar şəhəri Bakı...

“MTK-lardakı problemlərdən biri də internet provaydırlar və televiziya xətləri ilə bağlıdır. İnsanlar MTK hansı provaydırı, hansı televiziya xətlərini seçirsə, sakinlər də onunla razılaşır. Bu sakinlərin öz günahıdı. Mülkiyyət sahibi istədiyi hər şeyi seçə bilər. Binaların tikintisində olan problemlərlə bağlı Bakı dözülməz vəziyyət yaşayır. Nəinki mərkəzi küçələrdə, hətta ara küçələrdə belə avtomobillərin keçməsi, saxlaması üçün problem yaranıb. Bakı bir zamanlar keçmiş MDB ölkələrində ən yaşıl paytaxt şəhər olub. Bu gün Bakı daş-divar şəhəridi” – deyə ekspert bildirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.