"Əgər Ukraynaya nüvə başlıqları gətirilsə..." - Qorxunc proqnoz

11-10-2022, 11:35           
"Əgər Ukraynaya nüvə başlıqları gətirilsə..." -
"Rusiya-Ukrayna müharibəsi getdikcə güclənir. Krım körpüsünün partladılması, dünən isə paytaxt Kiyev də daxil olmaqla əksər iri şəhərlərin bombalanması bundan xəbər verir. Səfərbərlikdən sonra Rusiya ordusunun qüvvətlənəcəyi aydın idi. NATO bu məsələdə hələ ki ehtiyatlı davranır".

Bu fikirləri

Bakupost.az -a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Ukrayna şəhərlərinə raket hücumları ilə bağlı danışarkən deyib.

Ş. Ramaldanov bildirib ki, NATO hərbçiləri artıq Ukraynada peyda olub:

"NATO əvvəl necə kömək edirdisə, indi də elə edəcək. Rusiya artıq bilir ki, onun geriyə yolu yoxdur. Ona görə də bütün imkanlarından istifadə edərək bu müharibədə maksimum olmasa da, minimum hədəflərə nail olmağa çalışacaq. NATO ölkələrində artıq Rusiyaya qarşı narazılıqlar var. Lakin NATO ölkələrinin hamısı Rusiyaya qarşı mübarizədə iştirak etsə, iqtisadi böhran və enerji problemləri ilə üzləşən dünya üçün bunun nəticəsi qat-qat ağır olacaq. Sadə insanlar üçün müharibə qətiyyən maraqlı deyil və onlar özlərinin gələcəyi haqqında düşünür".

Hərbi ekspert hesab edir ki, nüvə təhlükəsi hələ də davam edir:

"Nüvə təhlükəsi həmişə var. Rusiya bunu açıq-aydın bildirir. Əgər Ukraynaya nüvə başlıqları gətirilsə, Rusiya bütün gücünü, o cümlədən nüvə silahını işə sala bilər. Lakin birinci Rusiyanın bunu atmasını gözləmirəm. Bu sadəcə, əzələ nümayişi və xəbərdarlıqdır. Rusiya göstərdi ki, öz ambisiyalarından əl çəkmiyəcək, hədəflərə doğru gedəcək. Nəyin bahasına olursa-olsun, qarşıya qoyulan məqsədlərə nail olmağa çalışacaq. Müharibədə kuliminasiya nöqtələri bəzən müsbət rol oynayır. Düşünürəm ki, artıq Ukraynada olan döyüşlər kuliminasiya nöqtəsinə çatıb. Tezliklə iki ölkə arasında sülhün olması vacibdir. Çünki Ukrayna xalqı məhv olur. Dünya liderləri bu vəziyyəti diqqətlə izləyib qərar verməlidir, vəziyyət çox təhlükəlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.