Deputat meliorasiya-su təsərrüfatı qurumunun yeni rəhbərliyini İTTİHAM ETDİ

11-10-2022, 13:24           
Deputat meliorasiya-su təsərrüfatı qurumunun yeni rəhbərliyini İTTİHAM ETDİ
"Ağcabədi rayonundakı artezian quyularından 115-i işləmir".

TEREF.AZ “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatl" ASC-ni normal fəaliyyət göstərməməkdə ittiham edib: "Meliorasiya idarəsiə cəmi 11 quyunun bərpası üçün pul ayırıb. Əhməd Əhmədzadənin vaxtında bu işlərə pul tapmaq olurdu, indi olmur. Əkin sahələri sussuzluqdan yanır. İçməli su təchizatı üçün qazılmış artezian quyuları da pis vəziyyətdədir. Əvvəllər yaponlar bir neçə quyu qazmışdı. İndi də mən gərək Yaponiya səfirinə müraciət edim, çünki yeni kadrlar inamı doğrultmur", - deyə o, qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru