Deputatdan hüquq-mühafizə orqanlarına çağırış: "HDP dəstəkçiləri ilə..."

3-05-2023, 08:58           
Deputatdan hüquq-mühafizə orqanlarına çağırış:
Türkiyə seçkilərində xaricdə səsvermələr 9 mayda başa çatacaq. Azərbaycanda olan Türkiyə vətəndaşları da seçkilərdə iştirak edəcəklər, səs verəcəklər. Amma ötən seçkilərdə Azərbaycanda olan Türkiyə vətəndaşlarının 25 faizdən çoxu HDP-yə səs vermişdi. HDP terrorla bağlı bir partiya olduğu üçün bu məsələ bizi ciddi narahat edir”.

Teref.Az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

“Mən aidiyyəti üzrə müraciət edirəm ki, bu məsələ ilə bağlı araşdırma aparılsın. Azərbaycanda yaşayan HDP dəstəkçiləri ilə bağlı araşdırmalar aparılsın”. \\Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru