Ərdoğana görə qınanan Pənah Hüseyn danışdı – “İkinci turda...”

16-05-2023, 18:44           
Ərdoğana görə qınanan Pənah Hüseyn danışdı – “İkinci turda...”
Türkiyədə seçkilərin siyasi mədəniyyət səviyyəsində keçirilməsi türk demokratiyasının, seçki sisteminin təntənəsi oldu. Bu, həm Türkiyənin, həm də Rəcəb Tayyib Ərdoğanın qələbəsi idi. Bu baxımdan bizə türk millətini, cəmiyyətini və Rəcəb Tayyib Ərdoğanı təbrik etmək düşür.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, Türkiyənin dostları və rəqibləri bu seçkiləri həyəcan və diqqətlə izləyirdi: “Türkiyə bu demokratiya sınağından çox şərəflə çıxdı. Birinci tur böyük, demokratik və firavan Türkiyəyə doğru Ərdoğanla davam mesajını verdi. Qənaətimə görə, ikinci turda Ərdoğan daha böyük fərqlə səs yığacaq. İstənilən halda Türkiyə seçicisinin qərarı nə olacaqsa, ona hörmətlə yanaşacağıq”.

Pənah Hüseyn Ərdoğanı dəstəklədiyi üçün sosial şəbəkədəki müzakirələrə belə münasibət bildirib: “Hər kəsin öz mövqeyi və mövqeyini ifadə etmək hüququ var”.

Sinan Oğanın namizədliyinə toxunan partiya sədri onun milliyyətçi çevrənin xadimlərindən biri kimi tanındığını qeyd edib: “Mənə elə gəlir ki, onun səsini hələ Türkiyə siyasi səhnəsində eşidəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.