Xankəndidə qorxunc gecə: “200 çılpaq insan bizə tərəf qaçırdı” - Video

30-10-2023, 00:09           
Xankəndidə qorxunc gecə:
“Sentyabrın 25-də partlayış baş verəndə bizim üçün ağır və çətin vəziyyət yaranmışdı. Biz müharibə vəziyyətində işləməyə öyrəşmişdik, amma bu, tamam başqa durum idi”.

Yenisabah.az xəbər verir ki, bunu “Pastinfo”ya müsahibəsində Xankəndi xəstəxanasının keçmiş direktoru Mher Musayelyan deyib.

“Dəhşətli gün idi… 200 nəfər tamamilə çılpaq və yanmış insan qışqıra-qışqıra xəstəxanaya daxil oldular. İnsanların içəri girməsinin qarşısını almaq üçün qapının qarşısında dayanmalı olduq. Qapının ağzında insanlara ağrıkəsiciləri verməyə başladıq. Dəhşətli vəziyyət idi”, – o bildirib.

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində təxminən 200 erməni həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru