"Terror aktı prezident seçkilərindən əvvəl planlaşdırılırdı" - Markov

23-03-2024, 17:08           
"Terror aktı prezident seçkilərindən əvvəl planlaşdırılırdı" - Markov
“Moskvada terror aktı martın 9-da “Crocus City”də, prezident seçkilərindən əvvəl planlaşdırılırdı”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Sergey Markov sosial şəbəkədəki səhifəsində yazıb.

“Terror aktının martın 9-da “Crocus City”də Şamanın konsertində törədilməsi planlaşdırılıb. Seçkilərdən əvvəl, Putinin etibarlı şəxsinin konsertində bu akt, seçkidən əvvəlki vəziyyəti qeyri-sabit vəziyyətə gətirməli idi. Lakin ABŞ Dövlət Departamenti terror aktının qəti şəkildə əleyhinə idi və martın 7-də konsertdə və ya ticarət mərkəzində 8 mart ərəfəsində mümkün terror aktı barədə açıq xəbərdarlıq etdi”, – deyə S. Markov yazıb.

Politoloq qeyd edib ki, seçkilərdən əvvəl Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib, iki təxribatçı qrup həbs edilib.

Xatırladaq ki, ABŞ və Britaniyanın Moskvadakı səfirlikləri Rusiyada olan vətəndaşlarını 8 və 9 mart tarixlərində ekstremistlərin hücum təhlükəsinə görə kütləvi tədbirlərdə iştirak etməməyə çağırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru